Autograph onlayn jurnalının kollektivi adından hər birinizin Dünya azərbaycanlılarını həmrəylik günü və qarşıdan gələn yeni 2016-cı il münasibəti ilə səmimi qəlbdən təbrik edirirk! Hər birinizə yeni ildə möhkəm can sağlığı, rifah, əmin-amanlıq və uğurlar, və əlbəttə ki, yeni ildə hər kəsə xəyallarını qurduğu avtomobilə sahib olmağı və hər zaman yollarda yaşıl işıq arzulayırıq!

Avtomobil dərgisi olaraq, hər zaman sizi avtomobillər aləmində baş verən yeniliklər və proseslərlə tanış etməyə çalışmışıq. Bu məqsədimizə nə qədər nail olmuşuq, bunu ancaq siz deyə bilərsiniz.

Biz isə, öz növbəsində, yeni ildə daha çox işləməyə, avtomobil sənayesində baş verən yeniliklərlə, aparılacaq testlər sayəsində, sizlərə ölkəmizdə satılan avtomobillər barədə doğru və düzgün məlumatlandırmağa çalışacağıq.

Hörmətlə,

Autograph dərgisinin yaradıcı heyəti