Beşinci nəsil qırıcıların yaradılması və təkmilləşdirilməsi sahəsində fəal çalışmaların aparılmasına baxmayaraq, dünyanın aparıcı dövlətlərinin hərbi hava qüvvələrinin əsasını, iyirmi il əvvəl olduğu kimi, əvvəlki, dördüncü nəsil təyyarələri təşkil edir. Buraya Rusiyanın Su-27 və MiG-29, Avropanın Eurofighter Typhoon, Fransanın Dassault Rafale və Çinin J-11 və J-10 təyyarələri daxildir. Üstəlik, dünyanın bir çox ölkələrinin hava qüvvələri hələ də üçüncü, bəzən ikinci nəslin təyyarələrindən fəal və çox uğurla istifadə edirlər.

Dördüncü nəsil döyüş təyyarələrindən danışırıqsa, ən məşhur qırıcılarıdan biri olan ABŞ istehsalı olan F-16 Fighting Falcon ("Hücum edən və ya Savaşan Şahin") təyyarəsini xatırlamamaq mümkün deyil. İlk dəfə keçən əsrin 70-ci illərinin ortalarında səmaya qalxan F-16, bu gün də ABŞ-ın və demək olar ki, iyirmi ölkəsinin hərbi hava qüvvələrinin əsasını təşkil edir.

"Savaşan Şahinin" yaradıcısı olan General Dynamics şirkətinin reklam broşürlərində 1982-ci ilin yayında İsrail Hərbi Hava Qüvvələrinə məxsus olan F-16 qırıcılarının Livan və Suriyanın səmasında 45 ədəd MiG təyyarəsini məhv etdiyi bildirilir. Ruslar bu məlumata şübhə ilə yanaşsalar da, "Şahinlərin" "barıt qoxusu" ilə tanış olduqlarını bilirlər.

F-16 qırıcısını Qərbin hava gücünün əsası adlandırmaq olar, üstəlik o, qlobal silah bazarında çox populyardır.

F-16 Fighting Falcon

Yaradılma tarixi

Orduda xidmətə qəbul edilən ilk dördüncü nəsil qırıcısı Amerikanın F-15 Eagle təyyarəsi olub. Bu, 1974-cü ildə baş vermişdi. F-15 əla qırıcı təyyarəsi olduğunu sübut etdiyi üçün, bu gün də hərbi xidmətdədir və bir sıra modifikasiyalara malikdir. Lakin, istismarına başlandıqdan, demək olar ki, dərhal sonra "Qartal" tənqid atəşinə tutuldu. Pentaqonun mütəxəssisləri və rəsmiləri tərəfindən göstərilən əsas çatışmazlıqlar bu təyyarənin həddindən artıq mürəkkəbliyi və baha olması idi. ABŞ hərbiçilərinə yüngül, sadə və ucuz cəbhə qırıcısı lazım idi.

Amerikalıların Vyetnam müharibəsi zamanı aldıqları dərslərdən biri də, ağır F-4 Phantom qırıcılarının yaxın döyüşlərdə MiG-19 və MiG-21 kimi daha yüngül və manevrli təyyarələrə məğlub olması  idi.

ABŞ-ın Müdafiə Nazirliyində 0.8-1.6 Max sürəti aralığında manevrli yaxın döyüşlər aparacaq, yaxşı dartma qabiliyyətinə malik olan kiçik və yüngül qırıcının yaradılmasına qərar verildi. Yeni təyyarənin əsas vəzifəsi havada üstünlüyün qazanılması idi.

F-16 Fighting Falcon

1972-ci ildə beş şirkət bu layihədə iştirak üçün öz təkliflərini təqdim etdi. ABŞ Müdafiə Nazirliyi Northrop və General Dynamics şirkətləri ilə prototiplərin inşası üçün müqavilələr imzaladı.

O vaxt General Dynamics tanınmış təyyarə istehsalçısı idi. Şirkətin konstruktorları sadə və ucuz cəbhə qırıcısını yaratmaq sahəsində araşdırmalara 60-cı illərin ortalarında başlamışdılar. Hərbçilərlə müqavilə bağlandıqdan sonra bu işlər daha da intensivləşdi.

Konstruktorlar hava qəbuledicilərinin konstruksiyasını və yerləşməsini yaxşılaşdırmaq üçün çoxsaylı tədqiqatlar aparmış, həmçinin yüksək yüklənmələrdə və səsəyaxın sürətlərdə qırıcıların idarəetmə sistemlərinin təkmilləşdirilməsi üzərində işləmişdilər. Bütün bu çalışmalar sonradan "Savaşan Şahini" yaratmaq üçün istifadə edildi.

F-16 Fighting Falcon

General Dynamics tərəfindən hazırlanmış yeni qırıcının prototipi YF-16 adlandırıldı və ilk dəfə 1974-cü ildə səmaya qalxdı. Bir il sonra isə bu təyyarə müsabiqənin qalibi elan edildi və F-16A adını aldı. Onun rəqibi də işsiz qalmadı: Northrop şirkətinin layihəsi aviadaşıyıcılarda istifadə edilən F/A-18 Hornet qırıcı-bombardmançının yaradılması üçün əsas oldu.

F-16A qırıcısının uçuş sınaqları 1978-ci ilə qədər davam etdi və həmin ilin ortalarında təyyarənin kütləvi istehsalına başlanıldı. 1980-ci ilə qədər 650 qırıcı istehsal edildi. ABŞ Hərbi Hava Qüvvələri ilə yanaşı, F-16 əvvəlcə ABŞ-ın Avropadakı müttəfiqlərinin, sonra isə Orta Şərq ölkələrinin diqqətini cəlb etdi. İlkin olaraq, 116 ədəd F-16 təyyyarəsi Belçika tərəfindən alındı, sonra yüzdən çox qırıcı Hollandiya Hərbi Hava Qüvvələrinə təhvil verildi. Tez bir zamanda İran, İordaniya və İsrail yeni qırıcı ilə maraqlanmağa başladılar.

Bu günə F-16 Fighting Falcon qırıcısı dünyanın ən kütləvi döyüş təyyarəsidir. O, 25 ölkənin HHQ-ləri tərəfindən istismara qəbul olunub, onların qırıcı aviasiyasının əsasını təşkil edir.

F/A-18 Hornet

1993-cü ildə General Dynamics şirkəti ABŞ-ın aerokosmik sənayesinin flaqmanlarından biri olan Lockheed Martin korporasiyasının tərkibinə daxil oldu.

2014-cü ilin ortalarında 4.540 ədəd müxtəlif modifikasiyalı F-16 təyyarəsi istehsal edilmişdi ki, onlardan 2.231 ədədi ABŞ hərbçiləri tərəfindən alınmışdı, qalanları isə ixrac edilmişdi. F-16 təyyarələrinin sayına görə dünyada ikinci yeri Türkiyə HHQ-ləri tutur, üçüncü yerdə isə İsraildir. 2018-ci ilin iyununa 4.604 təyyarə istehsal edilib. Bir təyyarənin qiyməti 34 ilə 50 milyon dollar arasındadır. F-16 bir neçə ölkədə lisenziya əsasında istehsal edilir.

SOLOTÜRK F-16 Fighting Falcon

Modifikasiyalar

Bu təyyarənin dörd əsas modifikasiyası mövcuddur: F-16A, F-16B, F-16CF-16D.

F-16A, yaradılmasından dərhal sonra istehsal olunmağa başlayan təyyarənin baza modifikasiyasıdır. O, təkyerli çoxfunksiyalı qırıcıdır.

F-16V - ikiyerli tədris-döyüş təyyarəsi.

Bir neçə illik istismar və döyüş şəraitində istifadə təcrübəsini nəzərə alaraq, 1984-cü ildə iki təkmilləşdirilmiş modifikasiya hazırlandı: F-16C modeli F-16A qırıcısının, F-16D isə ikiyerli F-16B modelinin təkmilləşdirilmiş versiyası idi.

SOLOTÜRK F-16 Fighting Falcon

Təyyarənin əsas modifikasiyalarına əlavə olaraq, dar çərçivədə tapşırıqların həlli üçün ixtisaslaşdırılmış və ya seriyaya getməyən eksperimental təyyarələr də yaradılmışdır.

General Dynamics F-16A təyyarələrinin bir hissəsini hava hücümundan müdafiə sisteminin qırıcı-tutucusuna çevirərək, ABŞ Milli Qvardiyasına təhvil verib. Bu qırıcılar F-16ADF indeksinə sahibdirlər.

İstənilən vaxt və istənilən hava şəraitində yer hədəflərini məhv etmək üçün yaradılan F-16C Block 40 modifikasiyası və onun təkmilləşdirilmiş variantı olan F-16C Block 60 modifikasiyası da mövcuddur. Bu təyyarə 1998-ci ildə BƏƏ-də keçirilən tenderdə qalib gəlib.

Təyyarələrdən ən maraqlısı İsrail Hərbi Hava Qüvvələrinin sifarişi ilə hazırlanmış ikiyerli F-16I qırıcıdır. Bu təyyarənin elektronikasının 50 faizi İsrail istehsalıdır.

F-16I Fighting Falcon

Bir müddət əvvəl Lockheed Martin şirkəti Fighting Falcon qırıcısının yeni modifikasiyasını - F-16V qırıcısını yaratdığını elan edib. Adındakı V hərfi Viper ("Gürzə") mənasını daşıyır. Əslində bu, şirkətin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcılarını beşinci nəsil təyyarələrinə yaxınlaşdırmaq cəhdidir.

Bu təyyarə yeni idarəetmə sistemini əldə etmiş, pilot kabinin avadanlığı isə yaxşılaşdırılmışdır. Bundan əlavə, qırıcı APG-83 SABR aktiv mərhələli atenna qəfəsi olan yeni radarı əldə edib. Amerikalılar bu gün istismarda olan F-16 qırıcılarını modifikasiya edilməsi üçün F-16V-ni ən əlverişli variant sayırlar.

Yəqin ki, belə bir yanaşma kommersiya baxımıdan uğuru olacaqdır, çunki bir çox ölkələr istismarda olan təyyarələrini daha müasir səviyyəyə yüksəltmək istəyəcəklər.

Yeri gəlmişkən, "Viper" hərbçilər arasında F-16 qırıcısının qeyri-rəsmi ləqəbidir. Rəsmi Fighting Falcon adından olduqca nadir hallarda istifadə edilir.

F-16 Fighting Falcon

Təyyarənin təsviri

F-16 Fighter Falcon - arxada yerləşən bir mühərriki və ortada yerləşdirilmiş qanadı olan klassik sxem üzrə inşa edilmiş monoplandır. Təyyarə tək kilə malikdir.

Qırıcının qanadı inteqral yerləşmə sxeminə malikdir - yəni qanad rəvan şəkildə füzelyaja biləşir. Eyni sxemdən dördüncü nəsil sovet qırıcılarında - Su-27 və MiG-29-da da istifadə edilib. Belə quruluş böyük hücum bucaqlarında əlavə qaldırma gücü yaradır və təyyarənin daxili həcmini də artır.

Qanadın ön kənarı 40 dərəcəlik bucağa malikdir. Qanad alüminium ərintilərindən hazırlanmışdır. Qanadın əsas axınları təyyarəni yüksək manevr qabiliyyəti ilə təmin edir və dayanıqlığını artırır.

F-16 Fighting Falcon

Təyyarənin füzelyajı yarım monokok tipinə aiddir və tamamilə metaldan hazırlanmışdır. Onu üç hissəyə bölmək olar: kokpitin arxa kəsimində bitən ön, mərkəzi və quyruq hissəsi. Hava qəbuledicisi tənzimlənmir və füzelyajın altında yerləşir.

Şassi hidravlik ötürücüyə malikdir, ön dayaq hava girişinin arxasında yerləşdirilib - bu, qırıcının uçuşu və enişi zamanı hava girişinə müxtəlif əşyaların düşməsinin qarşısını almaq məqsədi ilə edilib.

F-16-nın güc qurğusu ikikonturlu Pratt & Whitney F100 turboreaktiv mühərrikindən ibarətdir. Döyüş təyyarəsinin müxtəlif modifikasiyalarına müxtəlif forsajlı dartmaya malik olan mühərriklər quraşdırılmışdır. Sonuncu modellər daha böyük gücə malik olan mühərrik ilə təchiz edilirlər.

F-16 Fighting Falcon

Qırıcının güc qurğusu barədə ayrıca danışmaq gərəkdir, çünki təyyarənin belə yüksək uçuş performansına mühərrik sayəsində nail olunmuşdur. F-16-nın çəkmə nisbəti 1.13-dur, bu da "Gürzəyə" təxminən 2 Max sürətini yığmağa imkan verir. F-14 üçün bu nisbət 0.58, F-15 üçün - 0.71, MiG-31 üçün - 0.75, MiG-29 - 1-dir. Belə bir əfsanə dolaşır ki, MiG-29 təyyarəsi üzərində çalışan aparıcı mütəxəssislərindən biri belə deyib: "Əgər SSRİ Pratt & Whitney F100 kimi etibarlı, güclü və yığcam mühərrikə sahib olsaydı, onda MiG-29 tək mühərriklə yaradılardı".

Kokpit fənəri pilotu mükəmməl mənzərə ilə təmin edir. Katapultlu oturacaq pilotun istənilən hündürlük və sürət diapazonunda təxliyyəsini təmin edir.

F-35 Lightning II və F-16 Fighting Falcon

F-16, impulslu Doppler radarları ilə təchiz olunmuşdur ki, bu sistem hava hədəflərini aşağı yarımkürədə 37 kilometrə qədər, yuxarı yarımkürədə isə 46 kilometrə qədər məsafədə görməyə imkan verir. Qırıcı daimi fəaliyyətdə olan elektron məsafədən idarəetmə sistemi (bu, dördüncü nəsil təyyarələrin əlamətlərindən biridir), inersial TACAN naviqasiya sistemi, xəbərdarlıq radarı, hava vəziyyətini təhlil edən bortkompüter ilə təchiz edilmişdir.

F-16 həmçinin, dipol reflektoru atan sistem ilə də təchiz edilmişdir.

F-16 Fighting Falcon 20 millimetrlik altılüləli M61A1topu ilə silahlanmışdır və 9 asma nöqtəsinə malikdir. Təyyarədə müxtəlif idarəolunan raketlər, tənzimlənən və sərbəst düşən bomba növləri də daxil olmaqla, müxtəlif bomba silahları quraşdırıla bilər.

F-16 Fighting Falcon

Döyüş tətbiqi

F-16 qırıcısının iştirak etdiyi ilk münaqişə Livandakı vətəndaş müharibəsi olub. İsrailin F-16 təyyarələri Suriya Hərbi Hava Qüvvələrinin sovet istehsalı olan onlarla təyyarələrini vurublar. Əvvəlcə vurulmuş təyyarələrin sayının 45 ədəd olduğu bildirilsə də (MiG-23MF, Su-22 və MiG-23BN), sonradan onların sayı 33-ə qədər endirilib. Rəsmi olaraq təsdiqlənən rəqəm daha az olub. Suriyalılar 3-6 arasında İsrail F-16 təyyarələrini vurduqlarını söyləsələr də, İsrail hərbiçiləri itikilərinin olmadığını bildiriblər.

Pakistanın F-16 təyyarələri Sovet və Əfqan Hərbi Hava Qüvvələrinə qarşı mübarizədə 10 çox əfqan təyyarəsini (Su-22, An-24 və An-26), eləcə də Rusiyanın gələcək vitse-prezidenti Rutskoyun pilotu olduğu Su-25 hücum təyyarəsini vurublar.

ABŞ Hərbi Hava Qüvvələri ilk dəfə F-16-ları "Çöl Fırtınası" əməliyyatı zamanı istifadə edib. Qırıcıdan əsasən yerüstü hədəflərə (bombardmançı kimi) zərbələr endirmək üçün istifadə olunub. Əməliyyat zamanı yeddi təyyarə itirilib.

F-16 Fighting Falcon

İraqdakı ikinci müharibə zamanı amerikalılar beş təyyarəni itiriblər, bunun səbəbi, əsasən avadanlığın nasazlığı və pilotaj səhvləri olub.

F-16-lardan Balkandakı müharibələr zamanı da istifadə edilib. 1994-cü ildə amerikalılar üç serb hücum təyyarəsini vurublar və bir təyyarəni itiriblər. 1999-cu ildə F-16-nın köməyilə iki serb MiG-29 təyyarəsi məhv edilib.

Türkiyə HHQ-ləri PKK terrorçularına zərbələr endirmək üçün hər zaman F-16 təyyarələrindən istifadə edir. Suriyadakı vətəndaş müharibəsi başladıqdan sonra, Türkiyə F-16 təyyarələri ölkənin hava məkanına daxil olan Suriya Hərbi Hava Qüvvələrinin bir neçə təyyarəsini məhv ediblər.

2018-ci ilin noyabrında Türkiyənin F-16 təyyarəsi, ölkənin hava məkanını pozmuş Rusiyanın Su-24M hücum təyyarəsini məhv etmişdi. Bu hadisə iki ölkə arasındakı vəziyyətin gərginləşməsinə gətirib çıxarmışdı.

SOLOTÜRK F-16 Fighting Falcon

ABŞ-ın, digər NATO ölkələrinin, İsrailin rəsmi statistikasına görə F-16 hava döyüşlərində təxminən 50 qələbə qazanıb. Onların böyük əksəriyyəti İsrail Hərbi Hava Qüvvələrinin pilotlarına (qırxdan çox) aiddir. Bu qələbələr raket silahları sayəsində əldə edilib və rəqiblərdən heç biri top atəşi ilə məhv edilməyib.

F-16 Fighting Falcon qırıcısının ilk uçuşunu 40 il əvvəl etməsinə baxmayaraq, bu gün də dünyanın ən yaxşı döyüş təyyarələrindən biri olaraq qalır. Əlbəttə, onun ən yeni beşinci nəsil amerikan qırıcıları ilə rəqabət aparması çətin olsa da, öz xüsusiyyətlərinə görə onlardan çox da geri qalmır. Eyni zamanda, F-16 ən ucuz dördüncü nəsil qırıcılarından biridir. Əgər onun qiymətini F-22 Raptor qırıcısının qiyməti ilə müqayisə etsək, F-16-nın üç dəfə ucuz olduğunu görə bilərik. Təyyarələrin istismar xərcləri də kəskin şəkildə fərqlənir.

Bu təyyarə uzun müddət xidmətdə qalacaq, çünki ABŞ Hərbi Hava Qüvvələrinin dünyanın müxtəlif yerlərində qarşısında duran vəzifələrin əksəriyyətinin yerinə yetirilməsi üçün mükəmməl şəkildə uyğun gəlir.

Uçuş performansı

  • Modifikasiya: F-16A Blok 10
  • Qanadların uzunluğu: 9.45 m
  • Təyyarə uzunluğu: 15.03 m
  • Təyyarənin hündürlüyü: 5.09 m
  • Qanadın sahəsi: 27.87 m2
  • Öxşəkillilik bucağı: 40 dərəcə
  • Çəki. kq
  • boş təyyarə: 7386
  • normal uçuş: 11467
  • maksimal uçuş: 17010
  • Yanacaq: 3105
  • Mühərrikin tipi: 1 ədəd Pratt Whitney F100-PW-200
  • Datrma qüvvəsi, kgf
  • sonradan yanan 1 x 10810
  • Maksimum 1 x 6654
  • Ən yüksək sürət, km/saat
  • yer səthinə yaxın: 1432
  • 12,200 m yüksəklikdə: 2120 (M = 2.05)
  • Mənzili: 3862 km
  • Praktiki mənzili: 1315 km
  • Maksimal yüksəlmə sürəti: 18900 m/dəq
  • Praktik tavan: 16764 m
  • Maks. istismar yüklənməsi: 9g
  • Heyət: 1-2 nəfər
  • Silah: 20 mm M61A1 Vulkan topu, 
  • Silah yükü: 9 qovşaqda 5420 kq (maksimal 9276 kq), 6 ədəd qısa mənzilli AIM-9L/M/P Sidewinder İR, AIM-7 Sparrow və ya AIM-120A AMRAAM IR. Qırıcı-bombardmançı variantında adi Mk.82, Mk 83 və Mk 84 bombaları və ya 30 mm topu olan bir GPU-5/A asma konteyneri daşiya bilər.