Bu gün Formula 1 çempionatının növbəti mərhələsi olan Avropa Qran Prisinin ilk sərbəst yürüşləri keçirilmişdir. Doğma Bakımızın küçələrində salınmış müasir trekdə Formula 1 pilotları ilk dövrələrini vurmuşdurlar. Nə qədər qəribə səslənsə də, biz azərbaycanlı avtomobil jurnalistləri Bakı Şəhər Halqası əməliyyət şirkətinin böyük dəstəyi və köməyi ilə bu yürüşləri evimizdəki televizorlar vasitəsi ilə izləmiş olduq.

Hələ sərbəst yürüşlərdən əvvəl bir çoxları trekimizə skeptik yanaşsa da, Bakı Şəhər Halqasının asan trek olmadığı elə ilk məşqlərdə özünü gözstərdi. Bir çoxlarının diqqəti "Sinema", "Hotel", "Qoşa Qala" (8,9 və 10-cu döngələr) qapısı döngələrinə yönəlsə də, əsas sürprizi Prezident aparatının önündəki "Ag ev" (15-ci döngə) döngəsindən gəldi. Bu döngədə ilk səhv edən pilotlar Qutyerres və Kvyat olsalar da, sonradan burada elə bizim treki bəyənməyən Lyuis Həmilton da səhv buraxmış oldu.

Qeyd etmək lazımdır ki, trekin beton divarı ilə təmas yaşayan pilot da Mercedes-AMG F1 Team komandasının Britaniyalı pilotu oldu. Sərbəst yürüşlərin bitməsinə 25 dəqiqə qalmış ilk qəza Dəniel Rikyardodan gəldi.

"Universitet" (14-cü) dəngəsində apeksi qaçıraraq təkərləri qapadan Avstraliyalı pilot "Ağ ev" döngəsində bolidinin arxa hissəsini darmadağın edərək qırmızı bayraqların dalğalanmasına səbəb oldu.

Qəzaya uğramış Red Bull bolidinin təxliyəsindən 15 dəqiqə sonra sessiyaya yenidən start verildi. Restartdan sonra "Ağ ev" döngəsinin növbəti qurbanı Toro Rosso pilotu Sayns oldu. Lakin İspaniyalı bu xətadan yüngül qurtulmuş oldu - pitə qayıdan Tor Rosso boldinin bərkitmə nöqtəsi sınmış ön qanadı dəyişdirildi.

Beləliklə, ilk sıralama turlarının ən sürətli pilotu 1:46,435 zamanını göstərən Lyuis Həmilton oldu. İkinici nəticəni komanda yoldaşından 0,377 saniyə geridə qalan Niko Rosberq göstərmiş oldu. Üçüncü nəticəni Williams pilotu Valteri Bottas, dördüncü nəticəni isə, Avropa Qran Prisinin səfiri Fernando Alonso göstərmiş oldu. Fernandonun arxasınca liderə 2,192 saniyə uduzan Ferrari komandasının alman pilotu Sebastyan Fettel yer almış oldu.

Fettelin ardınca ilk onluğa Serxio Peres (Force İndia), Censon Batton (McLaren Honda), Felipe Massa (Williams), Karlos Sayns (Torro Rosso) və Niko Hülkenberq daxil olmağa müvəffəq oldular.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt