Şənbə günü keçirilmiş sıralama turlarını komandamız Pirelli şiktənin yerli nümayəndəliyinin dəvəti ilə birbaşa Bakı trekindəki Paddock Club-dan izləmiş oldu. Sıralama turları ilə yanaşı Pirelli marketinq xidməti dəvət edilmiş Rusiyalı və Azərbaycanlı jurnalistlərin Dəniel Rikkardo, Felipe Massa və Pirelli şirkətinin Formula 1 çempionatındakı komandasının başçısı olan Pol Hemri ilə görüşünü təşkil etmiş oldu.

Bu görüşlərin ən maraqlısı əlbəttə ki, Pol Hembri ilə keçririlmiş görüş idi. Pol Hembi toplaşan juranalistlərə məlumat verərək onların çoxsaylı suallarına cavab verdi. Bizim "Fikrinizcə, Bakı trekinin hansı döngəsinin daha yadda qalan olacaq?" sualına Pol Hembri Abşeron (1-ci), "Yeni Azərbaycan" (3-cü) və "Ağ ev" (15-ci) döngələrin daha "məkrli" döngələr olduğunu, lakin pilotların ən çox çətinlik çəkdikləri döngənin "Ağ ev" döngəsi olduğunu bildirdi.

Beləliklə, Bakı trekində keçirilən sıralama turları dramatizm və həyəcanları anları ilə bol olan üç hissəsi ilə yadda qaldı. Sərbəst yürüşlərdən də göründüyü kimi, üstünlük əsasən Mercedes mühərrikləri ilə təchiz edilmiş bolidlərdə idi.

Lakin, Formula 1 yarışlarında hər şey hər an 180 dərəcə dəyişə bilər. Sıralamaların ilk hissəsində protokola başçılığı Niko Rosberq etmişdir. Həmilton, Qrojan, Batton və hər iki Ferrari pilotu səhvlər buraxaraq trekdəki ciblərdən istifadə etmiş oldular. Erikssonun bolidi divarla təmas etsədə İsveçlı pilot heç nə olmamış kimi dövrəsini tamamlayıb bokslara qayıtdı.

Renault və Manor komandası tam tərkibdə, Batton və Eriksson birinci hissədə sıralamaları tərk etmiş oldular.

Həmiltonun trek haqqında söylədiyi etinasız sözlər ona baha başa gəlir....

Sıralama turlarının ikinci hissəsi Hülkenberqin "Aznef" döngəsindəki təhlükəli yerində fırlanması ilə yadda qaldı. Bununla belə, alman pilot bolid üzərində nəzarəti bərpa edib sıralamaya davam etmiş oldu. Protokola yenə də komanda yoldaşı Həmiltondan sürətli olan Rosberq başçılıq etmiş oldu. Bakı treki isə, Həmiltona çətin anlar yaşatmağa davam etdi.

Britaniyalı pilot arda-arda səhvlər buraxaraq Rosberqin vaxtını üstələmək imkanını qaçırmış oldu. Sıralamanı tərk edən pilotlar isə Qrojan, Hülkenberq, Alonso, Qutyerres və Nasr oldular.

Sıralamanın final hissəsi daha dramatik şəraitdə keçdi. Bottas və Ferstappen toqquşmaqdan son anda yaxa qutarmış oldular. Mercedes pilotları fınalda bir müddət normal vaxt göstərə bilməyərək komanda körpücüyündəki rəhbərlərini həyəcanlandırmış oldular.

.... Bakı treki onu cəzalandırmağa davam edir

Sıralamaya bir müddət Force İndia pilotu Serxio Peres başçılıq etmiş oldu. Poulun taleyinin həll edildiyi an sessiyanın bitməsinə iki dəqiqa qala Həmiltonun bolidinin divarla təmasından sonra ön asqısının sındığı an oldu. Trekdə olan Rosberq dövrəni 1:42,758 vaxtla başa vuraraq bu günki yarışı ilk yerdən başlamaq hüququnu əldə etmiş oldu.

Qırmızı bayraqlardan sonra, pilotlar son şanslarını sınamaq üçün trekə çıxmış oldular. Dövrəni 1:43.966 zamanla başa vuran Rikkardo Fetteli dördüncü yerə itələmiş oldu. İkinci nəticəni göstərən Serxio Peres bu gün yarışı 7-ci yerdən başlayacaqdır.

Sərbəst yürüşlərdəki qəzasından sonra sürətlər qutusunu dəyişmək məcburiyyətində qalan Force İndia pilotu aldığı cəza nəticəsində 5 yer itirmiş oldu.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt