Dünən Bakıdakı Şəhər Halqasındakı keşirilmiş üçüncü sərbəst yürüşlər yenidən Mercedes mühərrikləri ilə təchiz edilmiş bolidlərin Bakı küçələrində daha sürətli olduğunu göstərdi. Bildiyimiz kimi, sənbə günü keçirilən sərbəst yürüşlərdə pilotlar əsasən sırlama turalrına hazırlıqla məşğul olurlar. Lakin, sərbəst yürüşlərin başlanmasından öncə FİA trekdə bir neçə dəyişiklik etdi.

Bunların sırasına "Xəzər" (6-cı) və "İsmailliyə" (12-ci) döngələrin porebriklərinin boşalan boltlar üçündən sökülərək götürülməsi və bokslara giriş xəttinin yerinin dəyişdirilməsi daxil idi. Sonuncu dəyişikliyin edilməsində məqsəd sürətli və yavaş pilotları ayırmaq və bu sahədə təhlükəsizliyi təmin etmək idi.

Üçüncü sərbəst turları da sürprisiz ötüşmədi. Kabel keçişinin qapağı üzərndən keçən Williams bolidinin yan pontonu zədələnmiş oldu. Xöşbəxtlikdən yerindən qopub uçan dəmir qapaq digər xəsarətlər vermədi. Bu səbəb də, ingilis komandasını fin sürücüsü Valteri Bottas sərbəst yürüşləri buraxmış oldu. Təşkilatçılar qapağın yerini konusla örtmək məcburiyyətində qaldılar. Yürüşllərdən sonra FİA yenidən trekdə yoxlamalar apararaq bütün qapaqları vəziyyətini araşdırdı.

"Ağ ev" (15-ci) döngəsinin bu dəfəki qurbanı Force İndia konamdasının pilotu Serxio Peres oldu. Sərbəst yürüşlərin bitməsinə saniyələr qala Meksikalı pilot bolidini divara vuraraq komanda mexaniklərini məyus etmiş oldu.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt