Melburnda keçirilmiş mövsümün ilk sıralama turlarından sonra hər kəs yeni formatın dəyişdiriləcəyi barədə xəbərləri gözləyirdi. Komandalar keçən ilki formata qayıtmağa qərar alsalar da, FİA onlarla razılaşmayaraq yeni təklif irəli sürmüşdü. FİA ilk iki sessiyanın yeni formatda, sonuncu həlledici sessiyanın isə keçən ilki formatda keçirməyi təklif etmişdir. Lakin, bu dəfə FİA komandaların müqaviməti ilə üzləşdi. Beləliklə, mövsümün ikinci sırlama turları da yeni formatda keçirildi. Kvalifikasiyanın maraqlı keçməsini təmin etmək üçün, hətta FİA Pirellidən əlavə SuperSoft şinlərini də Bəhreynə gətirməyi xahiş etmişdir. Xəbər verdiyimiz kimi, Avropa Qran Prisinin elçisi ikiqat dünya çempionu Fernando Alonsı sırlama turlarına buraxılmamışdır.

Onu da qeyd emək lazımdır ki, sırlama turları Bəhreyndə o qədər də vacib sayılmır - son yeddi yarşda yalnız iki dəfə pouldan start alan pilot qalib gəlmişdir. Beşincı və altıncı gün keçirilən məşqlər qüvvələr nisbətinin Avstraliyadakı kimi olduğunu bir daha təsdiq etdi.

İlk sessiyada bütün pilotlar SuperSoft təkərlərinə üstünlük verdilər. Sessiya başlanar-başlanmaz Ferrari və Mercedes pilotları trekə çıxan ilk pilotlar oldular.  Birinci sessiyanın ən sürətli pilotu Niko Rosberq (1:31,325) oldu. Sessiyanı ilk tərk edən Sauber pilotu Nasr oldu. Sonra Haryanto, Palmer, Maqnussen və Peres sırlama turlarını tərk etdilər. Renault, Sauber və Manor tam tərkibdə sırlamanı dayandırdılar. Bu qrupda ən yaxşı vaxtı DTM çempionu Paskal Verlyayn göstərmiş oldu.

İkinici sessiyada Xemilton ilk cəhddən ən yaxşı vaxtı (1:30,039) göstərməyə müvəffəq oldu. Sesiyysnı ilk tərk edən pilot isə Daniil Kvyat oldu. Onun arxasınca sırlamanı McLaren pilotları və Qutyerrez tərk etməli oldular. Hulkenberq ikinci cəhddən səkkizinci vaxt göstərərək final sessiyasına adlamış oldu.

Finalda ilk ən sürətli vaxt Fetteldən gəlsə də, Rosberq onu (1:29,897) üstələməyə müvəffəq oldu.  Rəykkonen üçüncü, Həmilton isə dördüncü sətrdə qərarlaşdılar. Hülkenberq, Massa, Bottas və Rikkardo sıralamanı tərk edərək poulun taleyini həll etməyi Ferrari və Mercedes pilotlarının öhdəsinə buraxdılar.

Yenə də, Melburnda olduğu kimi,  poulun taleyi sessiyanın qurtarmasına bir müddət qalmış müəyyən oldu  - Həmilton 1 dəqiqə 29,493 saniyə ilə günün ən yaxşı vaxtını qeydə aldı. Rosberq ikinci, Fettel isə ancaq üçüncü ola bildi. İlk üçlüyün arxasında Rəykkonen start alacaqdır.