Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi Cənubi Amerika qitəsində, dünya avtoidmanına bir sıra parlaq şəxsiyyətləri bəxş etmiş Braziliya torpağında keçirilir. Bunlara misal olaraq əfsanəvi Ayrton Senna və Emerson Fittipaldini, Rubens Barikello və dəbliqəsini asılqana asmağa hazırlaşan Felipe Massanı göstərmək olar.

Üstəlik də San-Pauluda yerləşən avtodrom tamamilə yenilənərək bizi daha da maraqlı bir həftə sonunun gözlədiyindən xəbər verirdi. Əlavə olaraq, bir çoxlarının yağış gözləntiləri sıralama turlarına həyəcan qatmışdı. Bu da azmış kimi, İnterlaqosda artan külək də nəticələrə təsirini göstərmişdi. Bu səbəbdən də təsnifat mərhələsinin birinci hissəsi başlayar-başlamaz Mercedes pilotları trekə çıxaraq ilk nəticələrini ortaya qoydular. Həmilton dövrəni 1,11.511 zamanla başa vurararaq ilk hissənin ən yaxşı vaxtını qeydə aldı. Yağış ehtimalı bütün pilotların trekə çıxmasına səbəb oldu. Lakin, Vettelin azarkeşləri bir balaca həyəcan keçirməli oldular - digər pilotlar vaxt göstərən zaman Ferrari mexanikləri onun bolidi üzərində çalışmağa davam edirdilər.

Sebastyan təsnifatın başlanmasından bir neçə dəqiqə sonra ilk cəhdinə yollandı və liderdən 0,648 saniyə geridə qalaraq beşinci nəticəni göstərmiş oldu. Bununla belə, eks-çempionlardan olan Censon Batton komanda yoldaşı Alonsondan fərqli olaraq ilk seqmetni adlamağa bacarmadı.

Bolidinin ön hissəsi ilə problem yaşayan Batton ancaq 17-ci ola bildi. Bu günki yarışda britaniyalının önündən start alacaq pilotlar Kevin Maqnussen, Paskal Verlyayn, Esteban Okon, Mrkus Eriksson və Felipe Nasrdır. Qeyd etmək lazımdır ki, üzləşdiyi problemlərə və vaxt çatışmamazlığına baxmayaraq Eriksson komanda yoldaşından daha yaxşı çıxış etmişdir. Təsnifat mərhələsinin ikinci hissəsidə yağış gözləntiləri ilə keçsədə, trekə bir damcı belə düşmədi. Bu hissədə cəhdlərinə Soft təkərləri ilə yollanan Mercedes pilotları yenidən protokola başçılıq etdilər. Bu dəfə də üstünlük Lyuis Həmiltonda idi.

Rosberq isə komanda yoldaşından 0,135 saniyə geridə qalmışdı. Alman pilot ilk iki sektorda Həmiltondan yeyin olsa da, sonuncu sektorda vaxt itirmişdi.

Üçüncü hissəyə keçməyə müvəffəq olan pilotlar, Red Bull, Ferrari və Mercedes pilotlarından başqa, dövrədə əla nəticə göstərən Fernando Alonso və iki Force İndia pilotlarının arasına girmiş Romen Grojan olmuşdur.

İkinci hissədə təsnifatı tərk edən pilotlar Valteri Bottas, Felipe Massa, Esteban Quterres, Dəniil Kvyat, Karlos Sayns və Colian Palmer oldular. Təsnifat mərhələsinin final hissəsində dövrəni 1,10.860 başa vuran Həmilton öz rəqiblərinə şans tanımadı. İlk iki sektorda yeyin olan Rosberq yenədə üçüncü sektorda vaxt itirərək komanda yoldaşının arxasında yer aldı. ilk cəhddən sonra onun ardınca sırlanan pilotlar Ferstappen, Vettel, Rikkardo , Rəykkonen, Alonso, Peres və Hülkenberq oldular.

Yüngül yağış başlasa da Qrojan Alonsonu səkkizinciliyə gerilətməyi bacardı. 

Final hissəinin bitməsinə iki dəqiqə qalmış bütün pilotlar son cəhdlərinə atıldılar. Poul uğrunda əsas mübarizə Mercedes pilotları arasında keçdi və Həmilton yenidən Rosberqi üstəyələrək birinci nəticəni göstərmiş oldu. Kİmi Rəykkonen isə sırlamanı üçüncü nəticə ilə tamamlayaraq günün sürprizinə imza atdı.

Fin pilot iki Red Bull pilotunu bölməyə müvəffəq olan komanda yoldaşı Vetteli üstələmiş oldu. Qrojan özününən yaxşı təsnifat cəhdinə nail olaraq səkkizinci yerdən start almaq hüququnu əldə etdi. İlk onluğu tamamlayan pilotlar Hülkenberq, peres və Alonso oldu.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt