Lyuis Həmilton hadisələrlə bol olan Braziliya Qran Prisinin qalibi olmuşdur. Yağışlı hava şəraitində başlayan yarış çoxlu sayda qəzalarla və qırmızı bayraqlarla yadda qalmışdır. Yarışın rəhbərliyinin tez-tez qırmızı bayraq göstərərək fasilələr verməsi avtodromda olan tamaşaçıların narazıqlarına səbəb olmuşdur.

Yağış səbəbindən yarış 10 dəqiqə gecikməklə başlansa da, pilotlar təhlükəsizlik avtomobilinin ardınca start alaraq yeddi dövrə vurmuşdurlar. Hava şəraitin müəyyən qədər yaxşılaşdığını görən yarış rəhbərliyi  təhlükəsizlik avtomobilin geri çağırararaq pilotların yarışmasına icazə verdi. Lyuis Həmilton və Niko Rosberq problemsiz olaraq peletona başçılıq etsələr də, “dəlisov” Maks Ferstappen hücuma atılaraq Ferrari pilotu Kimi Rəykkoneni keçdi.  Bu arada bir sıra pilotlar aralıq yağış şinlərinə keçsə də, Vettel istisna olamaqla, liderlik edən pilotlar yağış şinləri ilə davam etməyiə üstünlük verdilər.Bu qərarın doğru olduğunu 14-cü dövrədə Erikssonun qəzasından sonra trekə çıxan təhlükəsizlik avtomobilidən sonra güclənmiş yağış təsdiqlədi.  21-ci dövrədə yenidən restart verildi.

Həmilton və Rosberq ilk sektoru yenicə tamamlamışdırlar ki, start düzlüyündə qəzaya uğrayan Rəykkonen qırmızı bayraqların meydana gəlməsinə səbəb oldu. Qeyd etmək lazımdır ki, Esteban Okonun yaxşı reaksiya göstərməsi fin pilotu daha ağır qəzadan qurtardı. Uzun fasilədən sonra yarışa yenidən start verildi və FİA ancaq yağış şinlərindən istifadə tələbini irəli sürdü. Lakin pilotların pis görüntü şəraitinin olmasını söyləməsi və yaxınlaşan yağış kütləsi yenidən qırmızı bayraqların dalğalanmasına səbəb oldu.

Növbəti pauzadan sonra peleton təhlükəsizlik avtomobilinin müşayəti ilə yenidən trekə yollandı. Beş dəqiqədən sonra Maylander trekdən çıxaraq yarışa start verdi. Bu dəfə hadisəsiz ötüşdü və Maks Festappen özünü ehtiyatlı aparan Rosberqi ötmüş oldu.  38-ci dövrədə bolidin sürüşməsinin qarşısını ustalıqla alan Ferstappen ona yaxınlaşan Rosberqə keçmə imkanı vermədi. 

Rikkardo aralıq şinlərinə keçdikdən sonra Maks da komanda yoldaşından nümunə götürərək şinlərini dəyişdi. Pit-stopdan sonra trekə beşinci yerdə qayıdan Ferstappen Vettel, Nasr, Alonso, Hülkenberq və Rikkardonun arxasına düşmüş oldu.

Lakin, hava şəraitinin pisləşməsi və 49-cu dövrədə qəzaya uğrayan Massa Red Bull komandasının taktikasını alt-üst etdi. Təhlükəsizlik avtomobilinin trekə çəıxmasından istifadə edərək pitə yollanan pilotların arasında Mas və Dəniel də vardı. Qeyd etmək lazımdır ki, komandanın buraxdığı səhv bəlkə də Ferstappeni qələbədən etmiş oldu. Həmiltonu təqib edən Maksın sonrakı tempi onun asanlıqla Həmiltonu ötə biləcəyindən xəbər verirdi.

Buna baxmayaraq peletonunu ortasına düşən Ferstappen möhtəşəm pilotaj göstərərək, ötmələr sayəsində üçüncü yerə kimi qalxmış oldu.

Pisləşən hava şəraiti pilotların narazılığna səbəb olsa da yenidən restart verildi. Mercedes pilotları yenidən peletona başçılıq etdilər. Perez üçüncü sıraya yüksəlmiş oldu. Yarışda əsas mübarizə Vettel və Saynsın, Hülkenberq və Nasrın arasında gedirdi. Ferstappen və Rikkardo Nasr və Okonu keçərək altıncı və səkkizinci yerə yüksəlmiş oldular. Yarışın sonlarına yaxın Ferstappen Vetteli yaxalayaraq hücuma keçdi. Alman pilotu keçməyə müvəffəq olan hollandiyalı, bir müddətdən sonra Saynsı geridə qoyaraq Peresi yaxalamaq üçün irəli atıldı. Yarışın bitməyinə üç dpvrə qalmış Maks Peresi yaxalayaraq onu keçdi.

Beləliklə Həmilton Braziliya ilk qələbəsini əldə edərək Rosberqlə olan xal fərqini 12 xala endirmiş oldu. Bu çempionluq titulu uğrunda mübarizənin Əbu-Dabiyə keçdiyindən xəbər verir. Həmiltonun qələbə çalması halında belə,  Rosberqin üçüncü yerdə finiş görməsi sonuncunun çempion olmasına gətirib çıxara bilər.

Braziliya Qran Prisinin qəhrəmanlarından biri də Sauber komandasının pilotu Felipe Nasr olmuşdur. Braziliyalı pilot altıncı yerini qoruya bilməsə də doqquzuncu yerdə finiş görərərək Sauber komandasına bu mövsümdəki ilk xallarını qazandırdı. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt