Bu həftəsonu Formula 1 çempionatı avtomobil idmanının beşiyi sayılan Silverstoun avtodromunun qonağıdır. Bütün Formula 1 fanatlarının da bildiyi kimi, bu çempionatın ilk yarışı 66 il bundan öncə məhz Silverstounda keçirilmişdir. Bu gün keçirilmiş təsnifat mərhələsində, yerli azarkeşlərin sevimlisi olan Lyuis Həmilton final sessiyasında dövrəni 1.29,287 zamanla başa vuraraq poul-pozişna sahib olmuşdur.

Təsnifat mərhələsi başlamazdan əvvəl FİA pilotlara 9, 15 və 18 döngələrdə trekdən kənara çıxmamağı məsləhət görmüş və bu məsləhətə əməl etməyələrin göstərdikləri vaxtın ləğv ediləcəyi barədə xəbərdarlıq etmişdir. Öz növbəsində Pirelli Silverstouna üç sərt tərkibi - Soft, Medium və Hard təkərlərini gətirmişdir.

İlk sessiyada demək olar ki, bütün pilotlar trekə Soft təkərlərində çıxmışdılar. Yalnız Force İndia komandasının pilotları Hard təkərləri ilə bir dövrə vuraraq boksa qayıtmışdırlar.

Bu arada avtomobili ilə problem yaşayan Batton yalnız üç dövrə vura bildi. Britaniyalı pilotun bolidindəki problem həllini tapmadığı üçün Censon üçüncü sessiyada iştirak edə bilmədi və Palmer, Haryanto, Verlyayn və Nasrla birlikdə sıralama turlarını tərk edən pilotlardan oldu.

İlk sessiyada sırlamanın protokoluna Niko Rosberq başçılıq etdi. İkinci nəticəni onun komanda yoldaşı Həmilton göstərmişdır. Üçüncü nəticəni isə, gənc Maks Ferstappen öz hesabına yazmış oldu.

İkinci sessiyada elə ilk cəhddən Həmilton 1.29,245 zamanla protokola başçılıq etmiş oldu.Niko Rposberq isə komanda yoldaşına 0,7 saniyə uduzaraq ikinci nəticəni göstərmiş oldu. Mercedes pilotları müqavimətlə raslaşmayacaqlarını anlayaraq sessiyanın axırına qədər boksları tərk etmədilər. Onları təqib edən pilot yenə Maks Ferstappen oldu. Bu arda trekdə yerində fırlanan Rəykkonen azrkeşlərinə çətin anlar yaşatmış olsa da, sonunda finala adlamış oldu. İkinci sessiyada sırlamanı tərk edən pilotlar Peres, Massa, Qrojan, Qutyerres, Kvyat və Maqnussen oldu.

Final sessiyasına bir müddət Rosberq liderlik etsə də, doqquzuncu döngədə trein kənarına çıxdığı üçün ilk cəhdi ləğv edilən Həmilton ikinci cəhddən ən yaxşı vaxt göstərərək onu qabaqlamış oldu. Sabahkı yarşı iki Mercedes pilotunun arxasınca Red Bul komandasının pilotları başlayacaqdırlar.

Bu dəfə Ferstappen komanda yoldaşı Rikkardonu üstələniş oldu. Üçüncü sıranı Ferrari pilotları qazansa da, sərbəst yürüşlərdə sürət qutusunu dəyişən Fettel yenidən beş yer itirmiş oldu və sabahkı yarışı 11-ci yerdən başlayacaqdır. Onun yerinə üçüncü cərgədən Kimi ilə birlikdə Valteri Bottas başlayacaqdır. Fettel isə Bottasın komanda yoldaşı Massa ilə birlikdə altıncı cərgədən start alacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt