Formula 1 çempionatını yaxından izləyən hər bir şəxs bu gün Əbu-Dabidə keçiriləcək yarışın əhəmiyyətini anlayır və qırmızı işıqların sönəcəyi anı səbirsizliklə gözləyir. Bunun səbəbi heç də Əbu-Dabidə keçirilən yarışın bu ilki mövsümün son yarışı olması deyildir. Hər kəsi bir sual maraqlandırır - çempionluq tacı kimə qismət olacaqdır.

Formula 1 çempionatı texniki idman növü olduğuna görə qabaqcadan dəqiq nəticəni demək, nədənsə əmin olmaq qeyri-mümkündür. Uzun illərin təcrübəsi yarışda hər an, hər şeyin baş verəcəyini göstərmişdir. Elə bu səbəbdən də dünən Yas Marinada keçirilən təsnifat mərhələsi böyük əhəmiyyətə malik idi. Bildiyimiz kimi, Əbu-Dabidəki trek o qədər də ötmələrə imkan yaradan treklərdən deyildir və burada qazanılmış poul-pozişn vacibdir. Dünənki sırlamaların ilk dəqiqələrindən çempionluq tacı uğrunda mübarizə aparan Mercedes pilotları Niko Rosberq və artıq üç dəfə çempionluq zirvəsinə yüksəlmiş olan Lyuis Həmilton «evdə kimin xozeyin» olduğunu göstərməyə çalışdılar.

Britaniyalı pilot ilk dövrələrdə 1:32,487 zaman göstərərər komanda yoldaşını 0,1 saniyə üstələmiş oldu.

Lakin, ilk seqmentdə baş verən sürpriz, adətən ilk seqmenti asanlıqla adlayan Scuderia Toro Rosso (STR) pilotları Dəniel Kvyatın və Karlos Saynsın elə ilk seqmentdəcə təsnifatı başa vurması oldu. Bunun əsas səbəbi kimi, STR bolidinin şinlərlə yaşanan dəlinmə problemi olmuşdur. STR pilotları ilə yanaşı ilk seqmentdə təsnifatda iştirakını dayandıran pilotlar Kevin Maqnussen, Felipe Nasr, Esteban Okon və Markus Eriksson oldular. İkinci seqmentdə də Lyuis Həmilton heç kimə şans tanımadı. Niko Rosberq ilk cəhddə komanda yoldaşına yaxınlaşsa da, Lyuis tempi artıraraq Yas Marinadakı treki 1:39,382 zamanla başa vurdu. Bu seqmentdə isə sürprizə imza atan pilot səfirimiz Fernando Alonso oldu. İspaniyalı pilot Valteri Bottası ilk onluqdan ataraq üçüncü seqmentə adlamış oldu. Valteri Bottasla birlikdə finala çıxmayan pilotlar Censon Batton, Esteban Qutyerres, Romen Qrojan, Colion Palmer və Paskal Verlyayn oldular. 

Qeyd etmək lazımdır ki, DTM çempionunun ikinci seqmentə çıxması belə onun üçün böyük uğur sayıla bilər.

Final seqmentində Mercedes pilotları ilk dövrələrdən özlərinin ən yaxşı nəticələrini göstərərək ilk sıranı zəbt etmiş oldular - Həmilton 1:39,013, Rosberq isə 1:39,359 zamana imza atmış oldular. İkinci cəhddə onlar dövrəni müvafiq olaraq 1:38,755 və 1:39,58 nəticə ilə başa vuraraq daha sürətli zamanı qeydə aldılar. İki Mercedes pilotunun arxasınca sıralanan pilot Red Bull Racing komandasının avstraliyalı pilotu Dəniel Rikkardo oldu. Kimi Rəykkonen dördüncü nəticə ilə sıralamanı tamamlayaraq komanda yoldaşı Fetteli üstələmiş oldu. Son zamanlar çəkişmələri yadda qalan Sebastyan Fettel və Maks Ferstappen komanda yoldaşlarının ardınca üçüncü sıradan start alacaqdırlar. İlk onluğa daxil olan pilotlar belə sıralanmışdır: Niko Hülkenberq, Serxio Peres, Fernando Alonso və Felipe Massa.

Beləliklə, həyəcan dolu anlar yaşamaq istəyən hər bir Formula 1 fanatlarını bu yarışa baxmağa dəvət edirik.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt