Formula 1 çempionatının ən vacib mərhələlərindən biri olan İspaniya Qran Prisinin sırlama turlarında ilk yerdən start almaq hüququnu Mercedes AMG Petronas F1 Team komandasının Britaniyalı pilotu Lyuis Həmilton əldə etmişdir. Həmiltonla ilk sıradan start alacaq pilot isə, ilk dörd yarışın qalibi olan Niko Rosberq olmuşdur. Start cərgəsində İkinci sıranı isə, Red Bull Racing komandasının pilotları Dəniel Rikkardo və gənc Maks Ferstappen zəbt etmişdirlər. Sonrakı üçüncü cərgədən Scuderia Ferrari pilotları Kimi Rəykkonen və Sebastyan Fettel start alacaqdırlar.

Katalunyada keçirilən yarışın əhəmiyyətindən danışmamaq mümkün deyildir. Birincisi, Barcelonadakı yarış Avropa qitəsində keçirilən ilk yarışdır. İkincisi, komandalar bu yarışa çoxlu sayda yeniliklərlə gəlirlər. Üçüncüsü isə, Barcelona treki aerodinakiya qarşı çox tələbkardır ki, burada da komandalar arasındakı fərqi aydın görmək olar. 

Barcelona da keçirilən sıralama turları da böyük əhəmiyyətə malikdir. İspaniya Qran Prisinin tarixinə baxsaq yerləşən trekdə keçirilən 25 yarışın 23-nü ilk sıradan start almış pilot qazanmışdır.

Öz növbəsində bu qələbənin 18-i sıralama turlarında ilk yeri tutmuş pilot əldə etmişdir.

Bu səbəbdən də startda ilk yerdən yarışı başlamaq çox vacibdir. Barcelonadakı trekin asfaltı cod olduğuna görə Pirelli İspaniyaya ən sərt tərkibləri gətirmişdir. Pilotlar Soft, Medium və Hard şinlərindən seçim etmək hüquqlarına malikdirlər.

İlk sessiyada birinic yeri 1:23,002 vaxtla Niko Rosberq əldə etmişdir. Onu komanda yoldaşı Həmilton və Red Bull pilotları Maks Ferstappen və Dəniel Rikkardo tutmuşdurlar. Ferrari pilotları Rəykkonen və Fettel müvafiq olaraq beşinci və altıncı olmuşdurlar. İlk sessiyada Hard təkərlərindən istifadə edən yeganə pilotlar Force İndia komandasının pilotları olmuşdurlar. Bu sessiyada oyundan kənar qalan pilotlar Manor və Sauber komandasının pilotları, Palmer və ikinci cəhdə vaxtı qalmayan Massa olmuşdurlar.     

İkinci sessiyada ən sürətli pilot Lyüis Həmilton olmuşdur. Britaniyalı il cəhdində trekdə 1:22,159 vaxtla dövrə vuraraq həftə sonunun ən yaxşı vaxtını göstərmişdir. Rosberq liderə 0,6 saniyə uduzmuşdur. Üçüncü yeri isə Maks Ferstappen tutmuşdur. Hollandiyalı dördüncü yeri tutmuş Fetteli 0,5 saniyə üstələmişdir. Yerli azarkeşlərin kumiri olan Fernando Alonso ilk onluğa daxil olmağı bacarmışdır. Onluqdan kənar qalan pilotlar Hülkenbeq, Batton, Kvyat, Qrojan, Maqnussen və Qutyerres olmuşdurlar.

Sonuncu sessiyada ilk yeri 1:22,000 vaxtı qeydə alan Lyüis Həmilton əldə etdi. Artıq bildiyimiz kimi, ilk sıradan Mercedes pilotları start alacaqdırlar. Tarixə nəzər salsaq bu gün yarışda qələbə uğrunda mübarizənin Həmilton və Rosberq arasında gedəcəyini inamla söyləmək olar. İkinci cərgədən star alan Red Bull pilotlarının ilk dpvrələrdə bu mübarizəyə qatılması da istisna edilmir.  Ferrari pilotlarının isə, qələbəni əldə etmək üçün artıq böyük səy göstərmələri tələb olunur.

İstənilən halda biri maraqlı yarış gözləyir. Formula 1 yarışlarnın son zamanlar gərgin mübarizə çəraitində keçdiyini nəzərə alsaq, bizi sürprizlərin gözlədiyindən əmin ola bilərsiniz.