Həftəsonu Jil Vilnyov adına avtodromda keçirilmiş Kanada Qran Prisinin qalibi Lyüis Həmilton olmuşdur. Britaniyalı pilot yarışı ilk yerdən başlasa da, startda komanda yoldaşı Niko Rosberqlə təmas nəticəsində ikinci yerə geriləmişdi. Rosberq isə, trekdən kənara çıxaraq bir neçə yer itirmiş oldu. Yarışı uğurlu start alaraq başlayan Fettel Mercedes pilotlarını qabaqlayaraq liderliyi ələ keçirmiş oldu.
Startı yaxşı almış pilotlardan biri də gənc Maks Ferstappen oldu - o komanda yoldaşı Dəniel Rikkardonu keçərək üçüncülüyə yüksəlmiş oldu. Fettel Həmiltonla arasındakı məsafəni açaraq DRS-in fəaliyyət zonasından uzaqlaşmış oldu. Yarışın 11-ci dövrəsində Kanadalı azarkeşlər Battonun bolidindəki Honda mühərrikinin ömrünü sizlərə bağışlamasının şahidi oldular. Virtual təhlükəsizlik avtomobili rejiminin elan edilməsindən istifadə edən Fettel, Rəykkonen və Verlyayn pit-stopa gedərək təkərlərini dəyişmiş oldular. Pit-stopdan sonra Red Bull ikilisinin arxasına düşən Fettel onlarla olan məsafəni azaltmağa başladı.
Ferraridən fərqli olaraq Mercedes komandasının strateqləri daha doğru qərar verərək Həmiltonu pitə çağırmaq fikrində deyildilər. Yarışın gedişatı italyan komandasının taktiki cəhətdən alman komandasına bir daha uduzduğunun göstərmiş oldu. Mercedes komandasında Ferraridən fərqli olaraq liderləri üçün bir pit-stop taktikasını seçmişdirlər. Red Bull bolidlərinin arxasında zaman itirən Fettel isə iki pit-stop taktikasını seçmişdir.
Çox güman ki, Ferrari strateqləri Mercedes komandasının da iki pit-stoplu taktika seçdiyindən əmin idilər. Doğrudur, almanlar sonradan belə taktikadan istifadə etməyə məcburdular - lakin, Rosberq üçün. Alman pilotun Medium təkərlərinin sıradan tez çıxması səbəbindən komanda onu ikinci dəfə pit-stopa çağırmağa məcbur qalmışdı.
Sebastyan Fettel (Scuderia Ferrari)
Fettelin qarşısında duran məsələ Red Bull pilotlarını ötərək Həmiltonla ara məsafəsini azaltmaq idi. Ferrari komandasının alman pilotu əlindən gələni etsə də, səhv strategiya ucbatından yenidən qələbəni əldən vermiş oldu.
İlk olaraq Rikkardonu ötməyi bacaran Sebastyan, sonradan Ferstappeni də geridə qoymağa müvəffəq oldu. İkinici pit-stopdan sonra yenidən Həmiltonun arxasına düşən Fettel ona yaxınlaşmağa cəhd etsə də, bir neçə dəfə əylənmədə səhvə yol verdi. Həmilton isə tempi artıraraq Fettellə ara mıəsafəsini nəzarətdə saxlamağı bacardı. Yarışın sonları Ferstappenlə Rosberq arasındakı gərgin mübarizə ilə yadda qaldı. Bir neçə dəfə gənc pilota hücum edən Rosberq onu keçməyə müvəffəq ola bilmədi. 70 dövrədə hücum edən Rosberq Ferstappeni keçməyə müəssər olsa da, əyləcləri qapadaraq yerində fırlanmış oldu.
Xöşbəxtlikdən alman pilot yerini itirmədi və problemsiz Maksın arxasınca beşinci yerdə finiş görmüş oldu.
Valteri Bottas (Williams)
Günün digər bir qəhrəmanının Williams komandasının fin pilotu Valteri Bottasın olduğunu söyləmək gərəkdir. Komanda yoldaşı Felipe Massanın yarışdan kənar qalması ilə trekdə tək qalan Bottas üçüncü yerdə yarışı bitirməyə müvəffəq oldu.
Beləliklə, Kanada Prisindən sonra Niko Rosberq 116 xalla pilotlar çempionatına liderlik edir. Son iki qələbəsi sayəsində komanda yoldaşını haqlayan Həmilton 107 xalla ikinci yerdə qərarlaşmışdır. Onu 78 xalla Ferrari pilotu Sebastyan Fettel təqib edir.
Komandalar çempionatında isə, Mercedes komandası 223 xalla inamlı şəkildə liderliyini davam etdirir. İkinci yerdə 147 xalla Ferrari komandası, üçüncü yerdə isə 130 xalla Red Bull Racing komandası qərarlaşmışdırlar. Çempionatın növbəti mərhələsi bu həftəsonu Bakıda keçiriləcək Avropa Qran Prisi olacaqdır. Artıq görüdüyümüz kimi, Bakı "Böyük Sirki" qəbul etməyə tam hazırdır.












