Bazar günü keçirilmiş Malaziya Qran Prisini Red Bull Racing komandasının avstraliyalı pilotu Dəniel Rikkardo qazanmışdır. Lakin bu qələbə, RBR komandasını bu günki yeganə uğuru deyildi - Avstriya komandası Maks Ferstappenin ikinci yeri sayəsində çoxdan əldə edə bilmədiyi dubla da imza atmış oldu.

Soruşa bilərsiniz ki, bəs Mercedes pilotları necə oldu? Yarışın başlanğıcında Fettellə toqquşan Niko Rosberq yarışı sonunda üçüncü tamamlaya bildi. Həmiltona gəldikdə isə, yarışa başdan liderlik edən britaniyalı pilotun bolidinin mühərriki onun tempinə dözməyərək əsas düzlüyün sonunda ömrünü Lyuisin fanatlarına tapşırdı və elə bu andan da tale Rikkardonun üzünə gülməyə başladı. Yarışın dramatik başlanğıcından sonra Niko Rosberq də başda olmaqla bir çoxları artıq Həmiltonun asan qələbə çalacağından əmin idilər.

Fettel ilə Rosberqin birinci döngəyə girərkən toqquşması üzündən Ferrarinin sol qabaq asqısı qırıldı, Rosberqin bolidi isə yerində fırlanaraq peletonun arxasına düşdü. Əlbəttə ki, bu dəfə də qəza Maks Ferstappensiz ötüşməmişdi.

Digər tərəfdən problemlər elə isitmə dövrəsindən başlamışdı - Massa akkselerator pedalının işləməməsi ucbatından isitmələrə qatılmayaraq pitdən yarışı başlamağa məcbur qalmışdı, Palmer isə bolidin güc itirdiyini bildirmişdir. 

Birinci döngədəki hadisədən sonra virtual təhlükəsizlik avtomobili rejimi elan edildi. Restartdan sonra pilotların düzülüşü belə idi : Həmilton, Rikkardo, Peres, Rəykkonen, Ferstappen, Batton, Hülkenberq, Bottas, Qrojan və Okon. Lakin bir neçə dövrədən sonra, Massanın bolidindəki Hard təkəri deşilməsi üçüzndən Felipe yenidən pitə yollanmalı oldu. Niko Rosberq isə bütün problemlərə baxmayaraq var qüvvəsi ilə irəliyə sıçrayışı həyata keçirməyə çalışırdı - yeddinci dövrədə o artıq 12-ci mövqedə idi. Yarışın doqquzuncu dövrəsində yarış yenidən virtual təhlükəsizlik avtomobili rejiminə keçirildi - bu dəfə buna Qrojanın birinci döngədə yoldan çıxması səbəb oldu.

Romen isə komandaya «əyləclər xarab oldu» xəbərini verdi. Virtual təhlükəsizlik avtomobili rejimindən istifadə edən pilotlar şinləri dəyişmək üçün pitə yollandılar. Maks Ferstappen radio ilə Həmiltonla mübarizə aparacaq durumunda olduğunu bildirərərək Soft təkərlərinin arxasınca pitə yollandı. Maksla bərabər pit-stop etməyə Peres, Hülkenberq və Rosberq yollandılar.

Pit-stopdan sonra Ferstappen Həmiltonla aranı azaltmağa başladı və artıq 15-ci dövrədə onları 17 saniyə ayırırdı. 20-ci dövrədə Həmilton və Rəykkonen Hard şinləri üçün pitə yollandılar və liderliyk Red Bull pilotlarına keçdi.  İki dövrədən sonra Rikkardo da pit-stop etmək qərarına gəldi və liderliyi Ferstappenə ötürmüş oldu. Pit-stopdan sonra Rikkardo Həmiltonun arxasına düşdü.

Niko Rosberq isə Rəykkoneni yaxınlaşmış oldu. Həmilton isə öz növbəsində, Ferstappenə çatsa da, sonuncu ikinci pit-stopa yollandı və Hard təkərlərinə keçmiş oldu.

Pit-stopdan komanda yoldaşının arxasında çıxan Ferstappen onu ötməyə çalışsa da buna müvəffəq ola bilmədi. Yarışın bitməsinə 20 dövrə qalmış Həmilton şinlərinin «işləmədiyini» bildirdi. 40-cı dövrədə Mercedes mühərrikinin iflas etməsi yarışın taleyini həll edən an oldu. Beləliklə, üçüncü VTA rejimi elan edilən kimi hər iki RBR pilotu pit-stopa yollanaraq Soft təkərlərinə keçmiş oldular. Rosberq də Soft üçün pitə yollandı və sonradan Rəykkoneni ötən zaman yol verdiyi toqquşmaya görə 10 saniyəlik cəza aldığını öyrəndi. Elə bu andan Niko tempi artıraraq Rəykkonenlə arasını açmağa başladı və buna müvəffəq oldu. 

Red Bull Racing pilotları isə yarışı ardıcıl tamamlayaraq komandalarına uzun müddətdən sonra ilk dublunu qazandırmış oldular. Podiumda Rikkardo və Ferstappenlə yanaşı duran Rosberqin çöhrəsində də sevinc var idi - çempionatın bitməsinə beş yarış qalmış alman pilot əsas rəqibi olan Həmiltonla arasındakı xal fərqini 23-ə çatdırmış oldu.

Fernando Alonso da möhtəşəm uğura imza atan pilotlardan biri idi - sonuncu cərgədən yarışı başlamış ispan pilot yeddinci yerdə finiş görməyə müvəffəq olmuşdur.

Palmer də F1 karyerasında ilk dəfə olaraq xal qazanmış oldu. 19-cu yerdən yarışa başlayan britaniyalı 10-cu olaraq ilk xalını qazandı.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt