Yarış seriyasının rəhbərliyinin ilkin müqavimətinə baxmayaraq, General Motors və onun Cadillac adlı zavod komandası nəhayət ki, bu mövsümdə F1 çempionatına qatılıb. Odur ki, marketinq məqsədləri və belə bir əhəmiyyətli hadisəni qeyd etmək üçün, Cadillac CT5-V Blackwing supersedanının xüsusi nəşrinin hazırlanmasında təəccüblü bir şey yoxdur. Qeyd etmək gərəkdir ki, xüsusi nəşrdən olan supersedan daha da çevik olub.

Cadillac CT5-V Blackwing F1 Collector Series adlandırılan model ekstremal Blackwing ailəsindəki ən güclü avtomobildir. Buna nail olmaq üçün, 6,2-litrlik V8 mühərrikini GM Motorsports bölməsinin mütəxəssisləri tərəfindən təkmilləşdirilmiş ötürməli kompressor ilə təchiz ediblər. Nəticədə, mühərrikin hasilatı  677 at qüvvəsi və 893 Nm-dən 695 at qüvvəsi 911 Nm-ə qədər artıb. Bundan əlavə, kompressorlu mühərrik F1 loqotipi olan dekorativ qapağı alıb.

Bütün güc arxa oxa altı pilləli Tremec mexaniki transmissiyası vasitəsilə ötürülür, bununla belə, adi CT5-V Blackwing sedanları üçün 10-pilləli avtomatik transmissiya da təklif olunur. Artan gücü nəzarət altında saxlamaq üçün, “formula” sedanı Precision Package trek dəsti ilə təchiz olunub. Buraya karbon-keramik əyləclər, Michelin yay şinləri və yarış trekləri üçün yenidən işlənmiş və tənzimlənmiş asqı daxildir.

F1 Collector Series xüsusi nəşri yalnız qara eksteryer və eyni rəngli təkər disklərli ilə təklif olunur. Monoxromatik görünüşü qorumaq üçün, hətta əyləc mexanizmləri də boz rəngə boyanıb. Cadillac artıq Formula 1 ilə fəal əməkdaşlıq etdiyi üçün, sedanın eksteryeri Formula 1 loqotipləri, eləcə də FIA emblemləri ilə səxavətlə bəzədilib.

Çempionat və FIA loqotipləri CT5-V Blackwing F1 Collector Series sedanının interyerində də yer alıb. Məsələn, transmissiyanın dəstəyinin başlığını F1 medalyonu bəzəyir, yaxınlıqda yerləşən karbon lövhədə isə, FIA loqotipi var. Qapı kənarlarında Cadillac Formula 1 zavod komandasının adı və loqotipi həkk edilib. Bütün interyer seçilən gümüşü tikişləri olan qara dəri ilə üzlənib, ön oturacaqların inteqrasiya olunmuş başlıqlarını isə, F1 loqotipləri bəzəyir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Cadillac CT5-V Blackwing F1 Collector Series sedanının tirajı 26 nüsxə ilə məhdudlşdırılıb. Xüsusi nəşrin qiyməti açıqlanmayıb. Adi Cadillac CT5-V Blackwing supersedanının qiyməti 99.000 dollardan başladığı üçün, xüsusi nəşrin heç də ucuz olmayacağı aydındır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.