Mario Andrettinin rəhbərlik etdiyi Cadillac zavod komandası nəhayət ki, Formula 1 çempionatına buraxılıb. İştirak üçün ərizə ilk dəfə yanvar ayında təqdim edilsə də, sonradan çempionatın rəhbərliyi tərəfindən rədd edilib.
Daha sonra Formula1 çempionatının rəhbərliyində dəyişikliklər baş verib və artıq Cadillac komandasına yaşıl işıq yandırılıb. Komanda çempionatda iştirak etməyə 2026-cı il mövsümündə başlayacaq və ilkin olaraq öz şassisindən və üçüncü tərəfin mühərrikindən istifadə edəcək. 2028-ci ildə isə, orijinal konstruksiyaya malik olan zavod mühərrikləri ilə təchiz ediləcək bolid debüt etməlidir. Çempionatın tarixində Cadillac F1 komandası Amerikanın iri avtomobil istehsalçısı tərəfindən sıfırdan yaradılan ilk komanda olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.