Isveçrəli fotoqraf Fabian Ofner “parçalanan” avtomobillər seriyasından olan növbəti işini təqdim edib. Bu dəfə o əsl avtomobili – Audi R8 sportkarından istifadə edib. Layihə modelin amerikan bazarında iştirakının 10 illik yubileyinə həsr edilib.
Son təsviri əldə etmək üçün, Audi şirkətinin mütəxəssislər qrupuna superkarın arxa hissəsini tamamilə sökmək gərək olub. Onlar avtomobilin mühərrikini, ötürmələr qutusunu, elektronikasını və soyutma sistemini ayrıca elementlər şəklində sökümblər. Sonra isə hər bir detaı ayrıca Hasselblad ortaformatlı kamerası ilə çəkilmiş və digəriləri ilə qrafiki redaktorda birləşdirilmişdirlər.