Falcon 9 raketinin PaceX şirkəti tərəfindən uçurulması bir neçə avtomobilin zərər gördüyü yol-nəqliyyat hadisəsinə səbəb olub. Bu barədə videoçarx YouTube kanalında yerləşdirilib.
Raket ABŞ HHQ-nin Vandenberqdəki bazasından start alıb və yerətrafı orbitə on ədəd Iridium rabitə peykini çıxarıb. Buraxılış cümə günü pik saatlarında baş verdiyindən, onu Los-Anjeles şəhərinin dörd milyona yaxın əhalisi seyr edə bilib. Raketin əsas xüsusiyyətlərindən biri onun kondensasiya izi olub ki, bu iz artıq "yadplanetli" adını alıb.
Hadisə hərəkət iştirakçılarından birinin raketin uçuşuna diqqət yetirməsi və irəlidə əmələ gələn tıxacı görməməsi səbəbindən baş verib.
Qəza nəticəsində miniven, Toyota Corolla və Toyota RAV4 modelləri xəsarət alıblar.