Amerikan Faradey Future şirkəti istehsal edəcəyi ilk seriya modelinin tizerlərinin dərc etmişdir. Dərc edilmiş tizerlərdə yeni modelin bir neçə dizyn elementləri təsvir edilmişdir. Amerikalılar yeni avtomobil üzərindəki sirr pərdəsini 3 yanvar tarixində götürməyi vəd etmişdirlər.
Bundan sonra yeni model, gələn ilin 5 yanvar tarixində Las-Veqasda başlanacaq məişət elektronikası (CES) sərgisində nümayiş etdiriləcəkdir. Avtomobil haqqında ətraflı məlumat hələ də dərc edilməmişdir. Əvvəllər onun, avtomobil sənayesində ən yaxşı yürüş göstəriciləri ilə öyünən və “texnologiyalarla bol” təchiz edilmiş elektrokar olacağı söylənilmişdir. Avtomobil Tesla modelləri ilə rəqabət aparmalıdır.Böyük ehtimalla, yeni model LG Chem firmasının akkumulyatorlarından istifadə edəcəkdir ki, Faradey Future şirkətinin də bu firma ilə ən tutumlu litium-ion batareyalarının yaradılması haqqında müqavilə imzaladığı məlumdur.
Eyni zamanda, istehsalçı bu avtomobil üçün yenidən “təkəri kəşf etdiyini”, lakin bunun nədən ibarət olduğunu açıqlamamışdır. Çox güman ki, krossoverlər seqmentində çıxış edəcək avtomobilin hər bir təkərində elektromotor quraşdırılacaqdır. Faradey Future şirkətinin ilk prototipi olan FFZERO1 elektrokarı bu ilin yanvarında təqdim edilmişdir.
Elektrokar ümumi gücü 1000 at qüvvəsi olan dörd elektromotorla təchiz edilmişdir.
Şirkət nümayəndələrinin iddiasına görə, elektrokar ilk “yüzlüyü” üç saniyədən az bir müddətə toplayacaqdır. Onun maksimal sürəti isə 320 km/saat olacaqdır.