Bir çoxlarına tanış gələn Maykl Faradey isminin fizika ilə yanaşı avtomobillə əlaqəsi olduğunu bilirdinizmi? Bu günlərdə, elektomaqnetizmin «atası» adlandırılan məşhur fizikin ismini daşıyan avtomobil markası Faradey Future, özünün konsept avtomobilini təqdim etmişdir. FFZERO1 adı almış konseptin rəsmi təqdimat mərasimi Las-Veqasda baş tutacaq CES 2016 istehlakçı elektronikası sərgisində keçirilməlidir.

İlk öncə yeni şirkət haqqında məlumat verək. Faradey Future Silisium vadisindən olan bir neçə veteran tərəfindən təsis olunmuşdur. Şirkətin mənzil-qərargahı Nissan’nın Kaliforniyadakı tədqiqatlar və dizayn mərkəzini keşmiş binasında yerləşir. Faradey Future’nin 18 ay əvvəl yaradılmasına baxmayaraq, artıq şirkətdə 750 yaxın əməkdaş çalışır.

Bu müddət ərzində şirkət bir sıra görkəmli mütəxəssisləri cəlb etməyə müəssər olmuşdur.

Buna misal olaraq, BMW i3 və i8 kimi yüksəktexnologiyaları konseptlərin hazırlanmasına başçılıq etmiş Riçard Kimi, Lamborghini, Ferrari və Land Rover avtobolillərinin interyerlərinin dizayneri olmuş Pontus Fonteusu, BMW şirkətinin yaradıcı direktoru Peyc Birmanı və nəhayət SpaceX şirkətindən olan Porter Harrisi göstərmək olar.

Yeni konsepsiyaya gəldikdə isə, Batman’nin avtomobilini xatırladan avtomobil tək oturacaqla və yüksək texnologiyalı yarış asqısı ilə təchiz edilmişdir. Avtomobil, kuzovun alt təbəqəsində yerləşdirilimiş batareyalardan qidalanan, 1000 at qüvvəsi olan dörd ədəd əlektrik mühərriki ikı hərəkətə gəlir.

Avomobil 0-60 mil/saat (96 km/saat) sürətini 3,0 saniyəyə toplayır və 200 mil/saat (320 km/saat) maksimal sürətə malikdir.

FFZERO1 konsept iVariable Platform Architecture (VPA) adlanan modul platformasında yığılmışdır. Avtomobilin kuzovunun istehsalında karbondan və digər kompozit materiallardan geniş istifadə edilmişdir.

Bu avtomobil barədə müfəssəl məlumat verilməsə də, dəyişə bilən platforma üzərində yaradılmıış avtomobil tam, öndən və ya arxadan çəkişli ola biləcəyi məlumdur. 

Avtomobilin sürücüsünün qan dövranını yaxşılaşdırmaq və onun tam rahatlığını təmin etmək üçün, sürücü 45 dərəcə bucaq altında oturdulur. O, sükanın mərkəzində təsbit edilmiş smartfon vasitəsilə avtomobilin xüsusiyyətlərə, funksiyalarına və digər sustemlərinə tam nəzarət edir. Faradey Future nwmayəndələrinin bildirdiyinə görə, FFZERO1 həm adi yollarda, həm də yarış treklərində tam avtonom rejimdə fəaliyyət göstərə bilər.

Yeni konsept haqqında ətraflı məlumat rəsmi təqdimat mərasimində açıqlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt