Universal Pictures kinoşirkəti Fast and Furious filminin doqquzuncu hissəsinin treylerini yayıb. Yeni hissə 20 may tarixində kinoteatrlarda nümayiş etdiriləcəkdir. Treylerdə filmin baş qəhrəmanı olan Domonik Torettonun (Vin Dizel) yeni antaqoniustlə mübarizə aparacağı bildirilir. Bu dəfə antiqəhrəman Domonikin qardaşı Ceykob olacaqdır. Ceykob - qatil, oğru və məlum məsələdir ki, əla pilotdur.

Bundan başqa, filmin rejissoru daha bir qəhrəmanı yenidən həyata qaytarıb. Franşizanın üçüncü hissəsi «Üçqat forsaj: Tokio drifti» filmində həlak olan Xan yenidən üzə çıxır. Treylerdə Xanınm necə sağ qaldığı bildirilmir. Yəqin ki, Castin Lin bu məsələyə filmdə aydınlıq gətirəcəkdir.

Dörd dəqiqə çəkən treylerdə filmin fanatlarının sevdiyi hər şey var - döyüşlər, təqiblər, yarışlar və fizika qanunlarına əks olan inanılmaz tryuklar. Filmdə inanılmaz avtomobillər də var. Məsələn, reaktiv mühərrikə malik olan Pontiac Fiero. 

Franşizanın doqquzuncu hissəsi onun son filmi olacaqdır. Universal Pictures hələ 2017-ci ildə bu barədə məlumat vermişdi. İlkin olaraq, film 2019-cu ildə ekranlara çıxmalı idi, lakin sonradan onun debütünü 2020-ci ilə keçiriblər. 

Beləliklə, filmin dünya premyerası 20 may 2020-ci il tarixində keçiriləcəkdir. Yəqin ki, bu tarixdən sonra film Azərbaycanda da nümayiş etdiriləcəkdir.