FAW Bestune T77 krossoveri artıq dörd ildir ki, Çin bazarında satılmaqdadır, ona görə də onun planlaşdırılmış restylinqinin vaxtı gəlib çatıb. Üstəlik, FAW konserni avtomobilin ayrıca təqdimatını keçirməyib və yenilənmiş krossoverləri birbaşa diler şəbəkəsinə göndərməyə başlayıb.
Eksteryerdəki yeniliklər yalnız plastik dayağa aiddir, kuzovun “dəmirinə” toxunulmayıb. FAW Bestune T77 yeni bamperlərə, çərçivəsiz radiator barmaqlığına, ön və arxa fənərlərə sahib olub. Bamperlərdəki xrom dekor daha zəngin olub, əvvəllər arxa bamperdə yerləşən arxa hərəkət işıqları indi beşinci qapıdakı ümumi bloklara köçürülüblər. Nəhayət, T77 modeli ötən ilin yazında təqdim edilən Bestune brendinin yeni emblemini alıb.
Salonda baş vermiş dəyişikliklər çox azdır. Sükan çarxındakı emblemdən başqa, burada yeganə yeni olanlar - transmissiyanın selektoru, mərkəzi tunelin tərtibatı (parlaq elementlər çoxalıb) və oturacaq üzlüklərinin naxışlarıdır. Həmçinin yenidən nəzərdən keçirilmiş təchizat səviyyələri də vəd edilir.
Texniki hissə ümumiyyətlə dəyişməyib. 4,5-metrlik FAW Bestune T77 modeli yalnız 169 at qüvvəsi və 258 Nm (Çin spesifikasiyasında) hasil edən 1,5-litrlik benzin turbomühərrikilə təklif olunur. Krossoverin baza versiyası altı pilləli mexaniki ötürmələr qutusu, qalan versiyaları isə iki muftalı yeddi pilləli "robot" ilə təchiz olunurlar. Ötürmə - yalnız ön oxadır.
Yenilənmiş krossoverin Çindəki satışlarına dekabrın 15-də başlanmalıdır. Hazırda restaylinqdən əvvəlki krossover vətənində 15 - 20 min dollar arasında qiymətlərlə satılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.