FCA konserni avtomobil üçün yeni ad - Angel ismini qeydə alıb. Fiat Chrysler Authority saytının birldirdiyinə görə, müvafiq məlumat ABŞ patent bürosunun saytında dərc edilib.
Bildiyimiz kimi, bir müddət bundan əvvəl FCA ittifaqına məxsus olan Dodge markası Challenger kupesinin ekstremal variantı olan SRT Demon modifikasiyasını təqdim etmişdi.
Qeydiyyat sənədlərində yeni əmtəə nişanının 17 iyun 2017-ci il tarixində rəsmiləşdirildiyi bildirilir. Bu ad sərnişin avtomobilləri, həmçinin quruluş elementləri və modifikasiya üçün nəzərdə tutulmuşdur.
Dodge Challenger SRT Demon kupesi 850 at qüvvəli mühərriklə təchiz edilir.Avtomobil dreq yarışlarında iştirak etmək üçün müxtəlif avadanlıqla təchiz edilmişdir.