Renault qrupu Fiat Chrysler Automobiles (FCA) alyansından birləşmə haqqında təklif aldığını mətbuat açıqlamasında bildirib. FCA-nın irəli sürdüyü şərtlərdən biri yeni müəssisədə tərəflər bərabər paya malik olmasıdır. Əgər bu təklif qəbul edilərsə, yeni yaradılmış istehsalçı bu əməkdaşlıq sayəsində ildə beş milyard avroya qənaət edəcəkdir.
Renault ilə birləşmə «sənayenin geniş miqyaslı transformasiyası zamanı» markaların mövqeyini gücləndirə, həm də bazarın bütün seqmentlərinə çıxışı təmin edə bilər. Əgər FCA konserni Renault-Nissan alyansına qoşularsa, bu yapon markasının mövqelərinə güclü təsir edəcəkdir. Automotive News Europe nəşrinin bildirdiyinə görə, bu halda Nissan şirkətinin direktorlar şurasındakı 11 yerin 10-u FCA və Renault nümayəndələri tərəfindən tutulacaqdır. Karlos Qonun həbsi və iki şirkətin rəhbərliyi arasında mövcud olan gərginlik fonunda bu hal münasibətləri daha da piləşdirə bilər.
Bu birləşmənin Renault şirkətinin şimali amerikan bazarına girməsinə yardım edə bilər. Eyni zamanda, italyanlar da Rusiyadakı mövqelərini möhkəmləndirmək imkanlarına malik olacaqdırlar. Sirr deyildir ki, fransız markası bu ölkədə güclü mövqeyə sahibdir. Bundan başqa, FCA elektrik texnologiyalarına da girişi əldə edə bilər ki, bu da konsernin model xəttinin elektrikləşdirməsini sürətləndirə bilər. Hələlik, bu göstəriciyə görə FCA rəqiblərindən geridə qalır.