Formula 1 karyerasında son sıralama sessiyasına çıxan Williams komandasının braziliyalı pilotu Felipe Massa öz təəssüratları ilə bölüşüb.

Əbu-Dabidə braziliyalı onuncu yerdən start alacaqdır və təqaüdə getməmişdən öncə əylənmək fikrindədir. 

«Yaxşı təsnifat idi. Mən öz sürətli dövrəmdən razıyam, - Sky Sport F1 kanalına müsahibəsində belə söyləyib. - Bilmirəm üçüncü seqmenti necə keçdiyimi bilmirəm, amma avtomobili son həddə idarə edərək bütün imkanlardan istifadə etdim.

Final seqmentdəki dövrəm ideala yaxın idi. Onuncu yer bu günki maksimumuz idi. Həftəsonu yaxşı keçir - bu istefaya getməyin ən yaxşı üsuludur. Karyeramı belə rəqabətcil səviyyədə bitirməyimə şadam.

Yarışdan isə, ancaq həzz almaq istəyirəm.İtirəcək heç nəyim yoxdur, risq edərək sənlənmək olar».