Bu günlərdə Niderlandın Elsloo şəhərində, Carlink International firması tərəfindən satışa nadir Ferrari F12tdf superkarı çıxarılıb. Xüsusi seriyadan olan avtomobil Blue Elettrico rənginə boyanınmışdır. Bu superkar, 799 nüsxədə buraxılması nəzərdə tutulan avtomobillər arasında belə rəngə boyanmlş yeganə superkardır.
Avtomobilin sahibi rəngi ön plana çıxarmaq məqsədi ilə, təkər disklərini və əyləc supportlarını gümüşə rəngdə sifariş edib. Bundan başqa, kuzovun tərtibatında karbon elementlərdən geniş istifadə edilib. Ən maraqlısı da, mühərrikin karbondan olan qapağının üzərində Maurisio Arrivabene, Sebastyan Fettel və Kimi Rəykkonen imzalarının olmasıdır. Superkarın salonu da, sarı rəngli təhlükəsizlik kəmərlərini və bir neçə qırmızı düyməni nəzərə almasaq, tamamilə qara rəngdə tərtib edilib. Qara dəri və alkantara ilə örtülmüş salon ağ tikişlərlə bəzədilib.
Xüsusi Ferrari F12tdf modelinin üzərində, italyan markasının unikal avtomobillərinin hazırlanmasına cavabdeh olan Tailor-Made bölməsi çalışmışdır. Tour de France marafonuna həsr edilmiş Ferrari F12tdf modeli Ferrari F12berlinetta superkarının “qaynar” variantıdır. Ferrari F12tdf modeli 780 at qüvvəsinə malik olan 6,3-litrlik V12 mühərriki və F1 DCT robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. F12tdf modeli 100 km/saat sürətini 2.9 saniyəyə toplayır. Onun maksimal sürəti isə 340 km/saata bərabərdir. Cəmi 799 ədəd F12tdf modeli istehsal ediləcəkdir.