Silverstone hərrac evi Ferdinand Porşenin nəvəsi Ferdinand Aleksandra (Butsi) məxsus olmuş 1989-cu ilin Volkswagen T3 Doka furqonunu satışa çıxarmışdır. Porsche 911 sportkarının yaradıcısı olan Ferdinand Aleksandr bu furqonu 1989-cu ilin dekabrında satın almış və onu ailə malikanəsində təsərrüfat avtomobili qismində istifadə etmişdir. Ferdinand Aleksandr Porşe 2012-ci ildə dünyasını dəyişmişdir. Avtomobilin bərpa edilməsinə 700 saatdan çox vaxt sərf edilmişdir. Furqonun yürüş məsafəsi 141 min kilometr təşkil edir.

Lotun qiyməti 60 - 80 min avro arasında olacağı gözlənilir. Hərraclar 28 may tarixində Britaniyada keçirilməlidir. Volkswagen T3 modeli 1979-cu ildən 1992-ci ilə qədər istehsal edilmişdir. Furqonun qabarit uzunluğu 4569 millimetr, eni -1844 millimetr, hündürlüyü isə 1929 millimetr təşkil edir. T3 modelinin təkər bazası 2461 millimetrdir.

Bu avtomobil alman istehsalçısının arxada yerləşən hava ilə soyutmalı mühərriki olan son modeli olmuşdur.

Bu mühərrik 50 at qüvvəsinə malik idi və dörd pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışırdı. 1982-ci ildə Volkswagen T3 modelinin mühərrikini su ilə soyudulanı ilə əvəzləmişdir.