Barselonada keçirilən mösümöncəsi testlər McLaren komandasının ispan pilotu Fernando Alonso üçün o qədər də uğurlu başlamayıb.
Birinci saatın sonunda ispaniyalı sonuncu döngədə trekdən çıxaraq qumluqda qumluq sahədə ilişib. Qəzaya səbəb döngədə arxa təkərin diskdən çıxması olub. «Nə isə düzgün işləməyib, - texniki ekspert Qəri Anderson bildirib. - Barselonadakı trekdəki son döngə mühərrək yerdir. Ola bilsin ki, problemin səbəbi bordürlərə izafi aqressiv hücum olub. Bəlkə də problem avtomobilin özündədir. İstənilən halda, bu McLaren üçün yaxşı başlanğıc deyildir».
McLaren komandası Alonsonun qəzasını şərh etməyib.