McLaren komandası ikiqat dünya çempionu Fernando Alonsonun Indy 500 yarışında çıxış edəcəyi avtomobili təqdim etmişdir. İspan pilotun idarə etdiyi 29 nömrəli avtomobil McLaren komandasının tarıxı rəngi olan narıncı rəngə boyanmışdır.
Dünən Fernando İndycar seriyasında debütantları üçün nəzərdə tutulmuş sınaq testlərində çıxış etmişdir.
Bu testlərdən birbaşa yayım amerikan yarış seriyasının YouTube kanalında nümayiş etdirilmişdir. Alonso ilk olaraq İndianapolisdəki trekdə 205-210 mil/saat (330-335 km/saat) sürətlərində 10 dövrə vurmuşdur. Sonradan ispaniyalı 15 dövrəni 210-215 mil/saat (335-345 km/saat) və nəhayət daha 15 dövrəni 215 mil/saat üzərindəki sürətlərlə başa vurmuşdur.
Fernando Alonso qarşısına qoyulan tampırıqları uğurla yerinə yetirərək 219,654 mil/saat maksimal sürətə nail olmuşdur.
Xatırladaq ki, McLaren Honda Andretti bolidi 2,2-litrlik iki turbokompressorlu Honda mühərriki ilə təchiz edilir. İspan pilotun Monako Qran Prisi kimi nüfuzlu yarışdan imtina edərək İndy 500 yarışlarına qatılması bir çoxlarında təəccüb doğursa da Fernandonu başa düşmək mümkündür.
McLaren Honda bolidinin texniki nasazlığı ucbatında düçar olduğu uğursuzluqlar, onu digər pilotlarla rəqabət aparmaq imkanı verən avtomobillə Indy 500 yarışlarında iştirak etməyə məcbur etmişdir. Artıq məlum olduğu kimi, Fernando Alonsonu Monako Qran Prisində keçmiş dünya çempionu Censon Batton əvəz edəcəkdir.