McLaren komandasının ispan pilotu Fernando Alonso digər yarış seriyalarında iştirak etmək arzusunu belə izah edib.
“İndianapolisin 500 mili” yarışından sonra, ispaniyalı “Daytonanın 24 saatı” marafonunda çıxış etmək qərarına gəlib. Bu F1 pilotları üçün ənənəvi olmayan bir haldır.
“Mən dünyanın ən yaxşı pilotu olmaq istəyirəm, - Alonso bildirib. – Buna nail olmaq üçün müxtəlif çempionatlarda yarışmaq gərəkdir. Sən müxtəlif avtomobillərdə qalib gəlməyi bacarmalısan. Hərdən F1-in kiçik aləmini tərk etmək gərəkdir. F1 avtoidman aləminin kiçik bir hissəsidir. Müvafiq olaraq, avtoidman F1-dən böyükdür. Mənin avtoidmandakı planlarım hər kəsin fikirləşdiyindən daha böyükdür.
Mən səkkiz-doqquz il ərzində digər seriyalarda çıxış etmək üçün cəhdlər etmişdim. Lakin, çıxış etdiyim komandaların bossları buna razılıq vermirdilər. Zakın (Braun) avtoidmana daha geniş baxışı vardır. Bizim İndianapolisdəki təcrübəmiz və McLaren brendinin ABŞ-dakı tanıdılması, hər kəs üçün xeyirli hadisədir”.