İkiqat dünya çempionu Fernando Alonso gələn mövsüm Williams komandasından təklif alması barədə şayiələri təkzib etməyib.
Cümə günü axşam alman Auto Motor und Sport nəşri bildirib ki, Qrouvdan olan komanda, Mclaren ilə müqaviləsi bu ilin sonunda bitən ispaniyalının dəvət olunmasında maraqlıdır. "Mən fikirləşərəm və qərarımı sentyabrda qəbul edəcəyəm, - Sky Sports F1’ə müsahibəsində Alonso bildirib. - Son üç ayda mən çoxlu müxtəlif təkliflər almışam və onların 60%-nə rədd cavabı vermişəm. Qalan 40%-nə baxmağa davam edirəm.
Mən tələsmirəm, hər cəhəti qiymətləndirərək növbəti mövsüm üçün ən yaxşı variantı seçəyəm".