Ferrari şirkətinin dizayn mərkəzi tarixində il dəfə olaraq ofis üçün kreslo hazırlamışdır. Kreslolar iki variantda buraxılacaqdırlar: President və Executive. Birinci variantın qyməti 10000 avro, ikincisinin isə 7500 avro təşkil edəcəkdir. Onların istehsalı ilə Poltrona Frau mebel şirkəti məşğul olacaqdır.
Kresloların gövdələrini karbondan və yaxud alyuteks materialından hazırlamaq təklif olunur. Sonuncu material alüminiumla gücləndirilmiş şüşə lifindən ibarətdir. Material və üzlüyün rəngini sifarişçi sərbəst şəkildə seçə bilər ki, bu zaman Ferrari superkarlarının tərtibatı üçün seçilmiş materiallardan istifadə ediləcəkdir.
Kresloları bu ilin noyabr-dekabr aylarında Poltrona Frau şirkətinin mağazalarında sifariş etmək olar. Onların Ferrari Store mağazalarında satışlarının təşkil edilməsi barədə qərar hələlik qəbul edilməmişdir. Əvvəllər Porsche şirkəti də ofis kreslosu hazırlamışdır. Həmin kreslo elektriklə tənzimlənir və 6750 avroya satılır.