Dünyanın aparıcı avtomobil istehsalçılarının satışlarının azalması fonunda Ferrari şirkəti 2024-cü ili yaxşı nəticələrlə başa vurub. İtalyan istehsalçısının satışları 0,7% artaraq 13 752 avtomobil təşkil etsə də, şirkətin hasilatı 11,8% artaraq 6,7 milyard avroya çatıb.
Xalis mənfəət də 21% artaraq 1,53 milyard avro təşkil edib. Ən çox satılan modellər Purosangue krossoveri, Roma Spider və 296 GTS spayderləri olub. Əla maliyyə göstəricilərinin səbəbi isə, ilk növbədə avtomobillərin fərdiləşdirilməsinə artan tələbatdır ki, belə layihələr də heç də ucuz başa gəlmir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.