Ferrari şirkəti 296 GT3 kupesinin eskizlərini nümayiş etdirib. Yeni berlinetta italyan markasınn tarixindəki “ən uğurlu yarış avtomobillərini” - 488 GT3 və 488 GT3 Evo modellərini əvəzləyəcəkdir. Kupeləri Oreca di Signes şirkətinin zavodunda yığacaqlar. Ferrari GT3 modelinin yeni aerodinamik dəsti və hibrid əlavəsiz altısilindrli mühərriki əldə edəcəyi məlumdur.
Ferrari 488 GT3 və 488 GT3 Evo modelləri italyan markasının tarixindəki ən uğurlu yarış avtomobilləridir. Bu modellər 770 yarışda 107 çempion titulunu və 429 qələbəni əldə ediblər. 296 GT3 modeli bu irsə əsaslanacaqdır, lakin avtomobili hələlik yalnız eskizlərdə görmək olar. Şəkillərdən göründüyü kimi, berlinetta yeni aerodinamik kuzov dəstinə, o cümlədən ölçüləəri böyüdülmüş splitterə, tağlarıdakı təzyiqin aradan götürüməsi üçün ön qanadlardakı “barmaqlıqlara”, habelə pilonlardakı iri antiqanada sahib olacaqdır.
Ferrari 296 GT3 modeli altısilindrli mühərriklə hərəkətə gələcəkdir, lakin qüvvədə olan texniki reqlament güc aqreqatını elektrik əlavədən məhrum edir. Ənənəvi olaraq yarış avtomobillərinin güc xarakteristikaları açıqlanmır.
Xatırladaq ki, Ferrari 488 GT3 Evo modelinin 3,9-litrlik V8 mühərrik 550 at qüvvəsinin üzərində gücə malikdir. Adi Ferrari 296 GTB modeli MGU-K elektrik mühərriki ilə tamamlanan 3,0-litrlik V6 mühərriki ilə təchiz edilir. Hibrid qurğunun ümumi hasilatı 830 at qüvvəsi və 740 Nm fırlanma anı hasil edir.
Ferrari 296 GTB modeli italyan markasının V6 mühərriki olan və ümumi istifadə yollarına buraxılışı olan ilk avtomobilidir. Buna qədər altısilindrli mühərriklər formula bolidlərinin, sportprototiplərin və Dino markası altında buraxılan avtomobillərin imtiyazı olub. Berlinetta 100 km/saat həddinə 2,9 saniyəyə sürətlənir, onun maksimal sürəti 330 km/saatdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.