Əgər yaddaşınızadan silinməyibsə, bir müddət bundan öncə internet şəbəkəsində naməlum Ferrari modeli ətrafında böyük hay-küy yaranmışdır. Bir çoxları bu avtomobilin V6 mühərriki ilə təchiz ediləcək ucuz Dino modelinin prototipinin olduğunu ehtimal etmişdirlər. Bu gün Ferrarri şirkətinin mətbuat xidməti nəhayət ki, bu məsələyə aydınlıq gətirmişdir. Sən demə, Ferrari 458 MM Speciale adlı superkar, nüfuzlu bir müştərinin arzusu ilə Ferrari 458 İtalia modelinin bazasında yaradılmış xüsusi layihədir. Britaniyadan olan və adının çəkilməsini istəməyən şəxs, avtomobili daha aqressiv xəttləri olan alüminiumdan hazırlanmış yeni kuzovla təchiz etməyi xahiş etmişdir.
Britaniyalı müştərinin əsas tələbi «günlük» effektini verən damın mövcudluğu olmuşdur. Ferrari Dizayn Mərkəzinin mütəxəssisləri müştərinin arzularını nəzərə alaraq, məsələni 1984-cü ilin Ferrari GTO modelində əksini tapmış üslubda həll etmişdirlər. Qara rəngə boyanmış ön dirəklər avtomobilin alın çüçəsi ilə yan şüşələrinin panoram görkəmini yaradaraq «havada uçan tavan» effektini əldə etməyə imkan yaratmışdır. Təklif edilmiş ideya avtomobilin dam xəttinin mailliliyini artırmağa da imkan vermişdir.
Ağ Bianco İtalia rənginə boyanmış alüminiumdan hazırlanmış kuzov İtaliyanın bayrağına hörmət əlaməti olaraq ağ, yaşıl və qırmızı zolarlarla bəzədilmişdir. Superkarın alüminum kuzovu italyan ustalarının əl işinin nəticəsidir, onun bamperləri isə tamamilə karbondan hazırlanmışdır.
Bundan əlavə, avtomobil yeni formalı yan hava girişləri ilə də öyünə bilər. Bu girişlər avtomobilin mühərrikini daha çox hava kütləsi ilə təmin etməyə xidmət edir. Bundan əlavə, avtomobilin ön tərəfindəki hava girişləri radikal yeniliklərdən xəbər verir ki, bu da maillik dərəcəsi artırılmış radiatorların quraşdırıldığının əlamətidir.
Bundan başqa, avtomobilin arxa hissəsində yerə basma gücünü artıran antiqanad da mövcuddur. Eyni zamanda yeni formalı təkər tağları avtomobilə daha aqressiv görkəm verməyə xidmərt edir. Əlbəttə ki, xüsusi olaraq hazırlanmış modeli işıqdiodlarından hazırlanmış işıq texnikası ilə də seçirlir.
Avtomobilin salonu da onun sahibinin istəyinə uyğun tərtib edilmişdir. Salonun tərtibatında aö sapdan tikişləri olan tünd-qəhvəyi Cioccolato rəngli yüksək kefiyyətli dərindən istifadə edilmişdir.