Ferrari şirkəti trek günləri və Ferrari Club Competizioni GT tədbirləri üçün hazırladığı məhdud saylı yeni 488 GT Modificata sportkarını təqdim edib. Əslində FIA-nın ciddi reqlamentləri ilə məhdudlaşdırılmayan yeni superkar, 488 GT3 və 488 GTE yarış avtomobillərinin qarışığıdır,.
Ferrari şirkətindən 488 modelinin dizaynı daha yüksək məhsuldarlığı təmin etmək üçün təkmilləşdirilib və bu səbəbdən superkarın adında Modificata sözünün olduğu bildirilib. Yeni superkar 488 GT3 və 488 GTE modellərindən götürülmüş və ciddi şəkildə təkmilləşdirilmiş 3,9-litrlik V8 biturbomühərrikini alıb.
FIA tərəfindən tətbiq edilən məhdudiyyətlərin aradan qalxması, italyanlara bir sıra komponentləri dəyişdirmək, yeni materiallardan və daha aqressiv xəritələrdən istifadə edərək mühərrikin gücünü 700 at qüvvəsinə (488 GT3 Evo ilə müqayisədə +50 at qüvvəsi) qədər artırmaq imkanı verib. Karbondan muftası və ötürmə nisbətlərinin seçimi olan transmissiya da artan gücə adaptasiya edilib.
488 GT Modificata modelində Brembo ilə birlikdə hazırlanmış əyləc mexanizmlərindən və 488 GTE modelinin asqı komponentlərindən istifadə edilib. ABS sistemi 488 GT3 Evo 2020 modelindən götürülüb, lakin xüsusi tənzimləmələrə malikdir. Aerodinamika da diqqətdən kənar qalmayıb - onu Nurburqrinqdə tənizmləyiblər.
Mühəndislərin bildirdiyinə görə, təzyiq mərkəzinin mövqeyi dəyişib - o, bir qədər irəli çəkilib. Bu, ümumi hava müqavimətini pisləşdirmədən ön oxdakı təzyiqi artırmağa imkan verib və avtomobili arxa antiqanadın meyl bucağına daha həssas edib.
Ferrari 488 GT Modificata modelinin avadanlıq siyahısına Bosch telemetriya kompleksi ilə birlikdə çalışan məlumatların toplanmasını və təhlilini həyata keçirən V-Box sisteemi, arxa görüntü kamerası, təkərlərdəki təzyiq sensorları və sərnişin oturacağı daxildir. Əlbəttə ki, müştərilərə genişləndirilmiş fərdiləşdirmə xidməti təklif edilir.
Superkarın məhdud tirajla buraxılması səbəbindən, sportkar ilkin olaraq Competizioni GT və ya Club Competizioni GT proqramlarının üzvlərinə təklif ediləcəkdir. Sonuncu proqram, ən uğurlu yarış Ferrari avtomobillərinin (F40 Competizione modelindən tutmuş müasir 488 GT3 və GTE modellərinə qədər) sahiblərinə ünvanlanıb. Club Competizioni GT yarışları Monza, Nurburqrinq, Suzuka və digər məşhur treklərdə keçirilir.