Dünyada ilk Ferrari avtomobili, 1947-ci ildə işıq üzü görən Ferrari 125S modeli olmuşdur. Bu o deməkdir ki, gələn il əfsanəvi italyan markası özünün 70 illik yubileyini qeyd etməyə hazırlaşır. Ferrari şirkəti, bu əlamətdar hadisəni bu ilin payızında Parisdə keçiriləcək avtomobil sərgisində qeyd etməyi planlaşdırır. Təntənəli mərasimin necə keçiriləcəyi barədə məlumatı , italyan markasının marketiq bölümünün rəhbəri Enriko Qayera Ferrari avtomobillərinin sahibləri və kolleksionerləri ilə görüşündə səsləndirmişdir.
“Autocar” dərgisinin dərc etdiyi məlumatda beş avtomobilin yubiley modifikasiyalarının buraxılacağı bildirilmişdir. Bu avtomobillər California T kabrioleti, 488 GTB berlinettası, 488 Spider rodsteri, F12berlinetta kupesi və GTC4Lusso şutinq-breyk modelləri olacaqdırlar. Hər bir modifikasiyadan 70 ədəd buraxılacaqdır ki, ümumilikdə 350 avtomobilin istehsal ediləcəyi deməkdir. Qayera yubiley seriyasından olan hər bir avtomobilin unikal olacağına da söz vermişdir.
Eyni zamanda, Ferrari şirkərtinin rəhbəri Sercio Markionne bu avtomobilləri əldə edə bilməyən pərəstişkarlardan öncədən üzr diləmişdir. “Avtomobillərin kimə nəsib olacağını təyin etmək mənim üçün çox çətin məsələdir. Prosses ağrılı olsa da, brendin tələbləri belədir”, – deyən Markionne fanatlar qarşısında üzürxaqlıq etmişdir. Avtomobillərə sahib ola bilməyən şəxslər, yubiley seriyasından olan avtomobillərə Paris avtosalonunda tamaşa etmək şansına malik olacaqdırlar.