Ferrari öz müştəriləri üçün “etik kodeksi” formalaşdırıb ki, bu da Maranelloda istehsal edilmiş sportkarların sahiblərinə bir sıra tələbləri nəzərdə tutur. Bunlara, o cümlədən, avtomobillərə münasibət və sosial şəbəkələrdəki nəşrlər də daxildir. Qaydaları pozan şəxslər statusundan və vəziyyətindən asılı olmayaraq, narkanın müştərilər siyahısından çıxarılır və onlara emblemində şahə qalxan köhlən olan avtomobilləri almaq qadağan edilir. Ferrari şirkətinin qara siyahısına yenicə daxil edilmiş şəxs ekstravaqant tuning sevgisi ilə tanınan kanadalı müğənni Castin Biber olub.

Musiqiçi 2016-cı ildə aldığı Ferrari 458 Italia sportkarına Liberty Walk kuzov dəstinin quraşdırılması üçün Kaliforniyanın West Coast Customs tüninq studiyasına müraciət edib. Bundan əlavə, kupeyə 20-düymlük Forgiato Dieci-ECL disklərini quraşdıraraq, onun kuzovunu mavi rəngli Forgiato Blue örtüyü ilə üzləyiblər, salonda isə bahalı audiosistem peyda olub.

Bir ildən sonra Biber idman avtomobilini Barrett-Jackson Hərracında 434,5 min dollara satıb, lakin indi Castin rəsmi olaraq yeni Ferrari sportkarını ala bilməyəcəkdir. Müğənninin italyan markasını qara siyahıya salmasının səbəbi təkcə avtomobilin çox radikal tuninqi deyil, həm də 2016-cı ildə Biberin avtomobili Beverli Hillsdəki Montage otelinin yaxınlığında saxlayaraq, onu üç həftədən sonra detektivlərin köməyi ilə tapması ilə bağlı vəziyyət də olub.

Bu hadisə mətbuatda geniş şəkildə işıqlandırılıb və Ferrari tərəfindən heç də xoş qarşılanmayıb.Brendin arzuolunmaz müştəriləri arasında Castinlə yanaşı, müxtəlif vaxtlarda brendin avtomobillərinə qarşı ədəbsiz münasibəti ilə Ferrari şirkətini qəzəbləndirmiş reperlər 50 Cent və Tyga, aktyor Nikolas Keyc, boksçu Floyd Meyvezer-junior və model Kim Kardaşyan da var.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.