Ferrari şirkətinin “ucuz” sportkar buraxacağı barədə şaiyələr səngimək bilmir. Bir çoxları italyan istehsalçısının 1980-ci ildə buraxılan Dino modelini yernidən həyata qaytaracağını bildirirlər.
Əslində bu şaiyələri qızışdıran amillərdən biri də, iki il bundan öncə şirkət rəhbərliyinin Dino modelinin baza variantını V6 mühərriki ilə təchiz ediləcəyinə işarə vurması olmuşdu. Lakin, illər ötür, amma Dino modelindən heç bir xəbər yoxdur.
Bununla belə, dizaynerlər artıq hazır avtomobili görməyi arzulayırlar və onun zahiri görkəmi haqqında təssəvver yaradacaq renderləri hazırlamaqdan belə çəkinmirlər.
Ferrari Dino sportkarının 488 modelinin bazasında hazırlanacağı barədə məlumatları əsas tutan dizaynerlər, renderlərin hazırlanması zamanı həmin modelin dizayn elementlərindən geniş istifadə etmişdirlər. Onlar yeni modelin ön tərəfini vaxtilə buraxılmış modelin dizayn üslubunda tərtib etmişdirlər. Ferrari Dino modeli V6 mühərriki ilə yanaşı hibrid güc aqreqatı ilə də təchiz edilə bilər. Artıq belə qurğu ilə təchiz edilmiş Ferrari 488 prototipi sınaqlar zamanı qeydə alınmışdır.