Keçən yay Boloniya məhkəməsi Ferrari 250 GTO modelinin sənət əsəri olduğunu hesab edərək, onun hər hansı bir formada istehsal edilməsinə tam qadağa qoymuşdu. Mediada yayılan məlumatlara görə, çəkişməyə səbəb Ares Design atelyesi tərəfindən də qaldırılan iddia olubmuş.
Bununla belə, Ares Design şirkətinin vəkilləri, Avropa Birliyinin Əqli Mülkiyyət İdarəsini Ferrari şirkətinin vicdansızlığına inandıra və 250 GTO modelinin dizaynına olan hüquqlarını ləğv etdirə biliblər. İtalyan avtomobil istehsalçısına, yalnız pərəstiş obyektinə çevrilmiş avtomobilin oyuncaqlarını və miqyaslı nüsxələrini istehsal etməyə icazə verilir. Ancaq, zahiri cəhətdən 250 GTO modelinə bənzəyən idman avtomobilini istəyən hər kəs buraxa bilər.
"Autoevolution" nəşrinin bildirdiyinə görə, Ares Design şirkətinin vəkilləri, son beş ildə əqli mülkiyyətdən istifadə etmədiyi təqdirdə, bu mülkiyyətə olan hüquqların ləğv edilə biləcəyi qaydasına istinad ediblər.
Bu vəziyyətdə, söhbət Ferrari şirkətinin 2007-ci ildə 250 GTO modelinə "nəqliyyat vasitələri" kateqoriyasında aldığı patentdən gedir. Lakin bu günə qədər, italyanlar tarixi modelə bənzərliyi olan bir avtomobil belə buraxmayıblar və bu, onları patent qanunlarını pozmaqda ittiham etməyə imkan verib.
Ferrari şirkətinin etirazlarına baxmayaraq, agentlik Ares Design atelyesinin tərəfini tutub. İstehsalçı mübahisə predmeti olan avtomobilin oyuncaqlarını və miqyaslı nüsxələrini istehsal etmək hüququnu qoruyub, lakin praktiki olaraq, istənilən hər kəs 250 GTO modelinin replikasını yaratmaqda sərbəstdir.
Böyük ehtimalla, bu istəyi həyata keçirlənlərdən biri elə Ares Design özü olacaqdır. Xatırladaq ki, 2018-ci ildə atelye Ferrari 250 GTO modelinin müasir təfsirinin görüntülərini nümayiş etdirmiş və 10 ədəd belə avtomobili buraxacağını bildirmişdi.
Yenidən canlandırılmış 250 GTO modeli üçün donor Ferrari F12 Berlinetta və ya daha yeni 812 Superfast modeli ola bilər. Sonuncu halda, idman avtomobilinin kapotunun altında 800 at qüvvəsi və 718 Nm fırlanma anı hasil edən 6,5-litrlik V12 mühərriki yerləşəcəkdir. Güc aqreqatı iki muftalı 7-pilləli "robot" ilə tandemdə çalışacaqdır.