Pininfarina atelyesinin keçmiş dizayneri, Ferrari Enzo və 599 modellərinin eksteryerinin dizaynı üzərində çalışmış Kem Okuyama yeni modeli hazırladığı barədə bəyanat verib.

Yapon dizayneri yeni modeli Kode 0 (Zero) adlandırıb. Avtomobilin kütləvi təqdimatı 18 avqust tarixində Kaliforniyada (ABŞ) keçiriləcək The Quali, Motorsports Gathering tədbirində baş tutacaqdır.

Hələlik Okuyama yalnız modelin tizerini dərc edib.

Keçən il bu tədbir çərçivəsində Okuyama Kode 57 Enji adlı spidsteri təqdim etmişdi. Avtomobil Ferrari 599 modelinin platformasından istifadə edilərək hazırlanmışdı.

Kode 57 Enji həmin modelin Novitec atelyesi tərəfindən təkmilləşdirilən mühərriki ilə təchiz edilirdi. Güc aqreqatı 702 at qüvvəsi və 641 Nm fırlanma anı hasil edirdi. Kode 57 Enji modelinin qiyməti 2,5 milyon dollar təşkil edib.  

Okuyama bu yol ilə ABŞ-dan olan varlı müştəriləri cəlb etmək niyyətindədir.

Kode 57 Enji