Bu gün internet şəbəkəsində maraqlı bir çax peyda olub. YouTube kanalındakı PurePerformance adlı istifadəçinin səhifəsində dərc edilən videoçarxda Fiorano trekində sınaqdan keçirilən Ferrari avtomobili təsvir edilib.
Əlbəttə, soruşa bilərsiniz ki, burada qəribə nə var? Ferrari özünə məxsus olan Fiorano trekində öz sportkarını sınaqdan keçirir. Qəribəlik ondadır ki, bi avtomobil yerindən səssiz şəkidə tərpənərək sürətlənir. Prototip Ferrari 488 modelinə çox bənzəyir. Üstəlik, avtomobilin ön və arxa hissəsi kamuflyaj örtüyünə malikdir.
Ferrari şirkətinin hibrid güc qurğuları olan model xəttinin inkişaf etdirmək arzusunun olduğu artıq məlumdur. İtalyanlar belə qurğuların V12 mühərriklərinin ətrafında yaradılacağını da bildiriblər. Buna misal olaraq 963 at qüvvəli Ferrari LaFerrari modelini göstərmək olar.