Dünən “Drive” nəşri Ferrari şirkətinin GTC4Lusso modelini qoruyub saxlayacağını bildirsə də, bü gün ən praktik Ferrari sportkarının istehsalının sona çatdığı məlum olub. Bu faktı Motor1/com saytına müsahibə verən şirkət rəsmisi təsdiqləyib.
Ferrari şirkətindən həmkarlarımıza verilən izahatda, GTC4 Lusso modelinin istehsalının dayandırılmasının 2017-ci ildə elan edilmiş strategiyanın tərkib hissəsi olduğu bildirilib. Eyni zamanda, sportkarin istefasını, modelin standart həyat dövrünü tamamladığı ilə əlaqələndiriblər.
Ferrari GTC4 Lusso modelinin dünya təqdimatı 2016-cı ilin martında Cenevrə avtosalonunda baş tutub. Sələfi FF modeli kimi, yeni idman universalı da dörd oturacaqla və tam ötürmə ilə təchiz edilmişdi.
Eyni zamanda, avtomobilin aerodinamikası yenidən işlənmiş, 6,3-litrlik V12 atmosfer mühərrikinin gücü 660-dan 690 at qüvvəsinə qədər artırılmışdı. Üstəlik, sportkar tam idarələnən şassi ilə də təchiz edilirdi. Elə həmin ilin payızında Parisdə sportkarın 610 at qüvvəli 3,9-litrlik V8 turbomühərriki ilə hərəkətə gələn arxaötürməli GTC4Lusso T versiyası debüt etmişdi.
Bir müddən bundan əvvəl, Ferrari şirkəti GTC4Lusso modelinin varis olacağını da bildirmişdi: yeni model, istehsalçının Ferrari Utility Vehicle adlandırmağa üstünlük verdiyi krossover ilə birlikdə Purosangue ailəsinə daxil olmalıdır.
Doğrudur, italyan istehsalçısının planlarına əsasən bu modellər 2022 ildə debüt etməli idilər. Lakin Ferrari şirkəti, koronavirus pandemiyası səbəbi ilə yeni modellərin buraxılışını təxirə salmalı olduğunu qeyd edib.