Ferrari şirkəti koronavirus pandemiyası səbəbindən iki yeni avtomobilin təqdimatını minimum dörd ay təxirə salmaq məcburiyyətində qalıb. Koronavirus pandemiyası avtomobil sənayesinə ciddi dərəcədə təsir göstərib - bir çox avtoistehsalçılar istehsalı dayandırmağa və qəbul edilmiş planları kökündən dəyişməyə məcbur olublar.
"Automotive News Europe" nəşrinin məlumatına görə, Ferrari şirkəti bu il bir neçə yeni modeli nümayiş etdirməlidir, lakin bu, nəzərdə tutulduğundan minimum dörd ay sonra baş verəcəkdir. Ferrari şirkətinin rəhbəri Lui Kamilyeri, artıq istehsalçının öz büdcəsini yenidən nəzərdən keçirərək, onu azaltmalı olduğunu bildirib.
Buna görə də, bəzi modellər bazara vaxtında çıxsalar da, digərləri isə gecikəcəkdirlər. Debütü təxirə salınmış iki yeni modelin SF90 Stradale modelinin açıq kuzovlu verdiyası və hibrid superkarın olduğu güman edilir.
2020-ci ildə Ferrari öz müştərilərinə Roma, SF90 Stradale, F8 Tributo, F8 Spider və 812 GTS modellərinin ilk nüsxələrini çatdırmalıdır. Ötən il İtaliya markası üçün daha uğurlu olub: şirkət öz tarixində ilk dəfə 10 mindən çox avtomobil satıb. Bu ilə gəldikdə isə, analitiklər italyan superkarlarına olan tələbin 4-15% azalacağını gözləyirlər.