Ferrari şirkətinin rəhbəri Con Elkan italyan istehsalçısının səhmdarlarına markanın tarixindəki ilk elektrik superkarının təqdimatının əvvəlcədən planlaşdırıldığından daha tez - 2025-ci ildə keçirələcəyini söyləyib. Automotive News Europe nəşrinin bildirdiyinə görə, Maranello Ferrari elektromobilinin üzərindəki çalışmaları sürətləndirib.
Markanın rəhbəri Con Elkan şirkətin səhmdarlarına təqdim etdiyi növbəti hesabatında ilk elektrik superkarının 2025-ci ildə işıq üzü görəcəyini vəd edib. İlk Ferrari elektrokarı haqqında məlumat çox azdır: keçən ilki patent müraciətindən göründüyü kimi, yeni superkar dörd elektrik mühərriki ilə təchiz edilmiş ikiyeli tamötürməli avtomobil olacaqdır. Belə bir sxem dartma qüvvəsini təkərlər arasında çevik şəkildə paylamağa və lazım olduqda kinetik enerjinin rekuperasiyası sistemindən istifadə etməyə imkan verəcəkdir.
Bununla birlikdə, Ferrari elektromobilin təxmini təqdimat tarixini belə açıqlamayıb, yalnız ilk elektrik superkarının 2025-ci ildən sonra buraxılacağını qeyd edib - çünki italyanlar digərlərinin elektrokar buraxdığı üçün, elektrokar hazırlamaq istəmirlər. Onlar həqiqətən yeni bir şey təklif etmək niyyətindədirlər. Ferrari mühəndisləri batareyanın doldurulması müddəti və enerji ehtiyatı baxımından mövcud texnologiyaların inkişaf səviyyəsindən tamamilə narazı idilər. Yəqin ki, sadalanan problemlər bu və ya digər şəkildə həllini tapıb.