Ferrari özünün ilk virtual hiperkarını, təkyerli, tamötürməli Vision Gran Turismo hibridini təqdim edib. Virtual hiperkarın xarici görünüşü xüsusi aerodinamik konsepsiyaya əsaslanır. Virtual avtomobili 296 GTB və 499P idman prototipindən tanış olan 3,0-litrlik V6 mühərrikinin əsasında qurulmuş güc qurğusu hərəkətə gətirir. Virtual Ferrari hiperkarında bu mühərrik 1030 at qüvvəsi hasil edir ki, bu da 100 km/saata iki saniyədən, 200 km/saata isə beş saniyədən az müddətdə sürətlənməyə imkan verir.

Vision Gran Turismo virtual hiperkarının təqdimatını Ferrari 125 S yarış avtomobilinin 75-ci ildönümünə həsr ediblər. Bu rodster 1947-ci ildə markanın əsasını qoyub - onu Ferrari markasının ilk avtomobili hesab etmək olar.

Müasir konseptin üslubu Ferrari Centro Stile mərkəzində, Flavio Manzoninin (Ferrari FF, 599 SA Aperta, FXX K) rəhbərliyi altında hazırlanıb və müəlliflərin fikrincə, o, yaddaşlarda keçən əsrin 60-70-ci illərində “Le Manın 24 Saatı” marafonunda çıxış edən idman prototiplərini canlandırmalıdır. İtalyanlar xüsusi olaraq Ferrari 330 P3 və Ferrari 512 S modellərini qeyd edirlər.

Tək oturacaqlı Vision GT hiperkarının əsas ideyası plastik formaların və həndəsi xətlərin sinerjisidir. Avtomobilin arxitekturası iki yan hava kanalı olan patentləşdirilmiş aerodinamik konsepsiyaya əsaslanır.

Onlar ön hissədə şaquli yerəbasma qüvvəsini yaradan S-şəkilli (S-Duct) hava kanalları, həmçinin Ferrari 499P prototipindən ilhamlanaraq yaradılmış iki iş səthi olan diffuzor və antiqanadla tamamlanırlar. 

Virtual hiperkar yeni Le Mans Hypercar sinfində çıxış edəcək 499P hiperkarından tanış olan güc qurğusunu da alıb. 9000 dövr/dəqiqəyə qədər sürətlənən 3,0-litrlik mühərrik 1030 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir.

Əlavə 326 at qüvvəsini üç elektrik mühərriki təmin edir: onlardan biri arxa oxada, ikisi isə, ön təkərləridə quraşdırılıb. Ümumilikdə, arxa oxa 1100 Nm fırlanma anı ötürülə bilər, lakin Ferrari digər göstəriciləri açıqlamır.

Hiperkar 100 km/saat həddinə sürətlənməyə iki saniyədən, 200 km/saat həddinə isə beş saniyədən az vaxt sərf edir. Hesablamalara görə onun maksimal sürəti 350 km/saatdır. Hiperkar Ferrari şirkətinin Fioranodakı test trekindəki dövrəni 1 dəqiqə 10 saniyəyə qət edir ki, bu da Ferrari FXX-K modelinin göstəricisindən dörd saniyə yeyindir.

Prototipin güc qurğusunun işi Formula 1 bolidlərində tətbiq edilən strategiyaya bənzərdir. Batareyanın doldurulma və boşalma səviyyələri daim balanslaşdırılır ki, bu da istənilən vaxt kombinə olunmuş hasilatdan maksimum istifadə etməyə imkan verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ferrari Vision GT hiperkarı Gran Turismo 7 oyununda  dekabrın 23-də peyda olacaqdır. Eyni zamanda, Ferrari hiperkarının tam ölçülü modeli Ferrari muzeyində nümayiş etdiriləcəkdir - onu gələn il martın 23-dək orada görmək olar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.