Ferrari komandası 2004-cü ildə Macarıstanın Hunqaroqinq avtodromunda keçirilmiş yarışda Formula 1 çempionatında əlamətdar qələbə qazanmışdı. Bu qələbə sayəsində əfsanəvi Scuderia hər iki çempionatda - həm konstruktorlar, həm də pilotlar, - vaxtından əvvəl qalib olmuşdu. Mixael Şumaxerin çempionluğu ilə yanaşı, onun komanda yoldaşı Rubens Barrikello da həmin il turnir cədvəlində şərəfli ikinci yeri tutmuşdu. Belə bir böyük qələbənin iyirminci ildönümü ərəfəsində, Ferrari bu əlamətdar hadisəni Ferrari 296 GTB modelinin xüsusi versiyasını buraxmaqla qeyd etmək qərarına gəlib.
Uzun-uzadı Ferrari 296 GTB Assetto Fiorano Hungaroring adını almış kupe opsional Assetto Fiorano trek paketi ilə təchiz edilib. Buraya Multimatic yarış amortizatorları, Michelin Pilot Sport Cup 2 R şinləri, dördnöqtəli təhlükəsizlik kəmərləri, həmçinin bir sıra karbonplastik hissələr daxildir: splitter, kandar örtmələri və disklər bu materialdan hazırlanıb.
Hibrid güc qurğusu heç bir dəyişikliyə məruz qalmayıb: onun tərkibinə 3,0-litrlik V6 biturbo mühərriki (663 at qüvvəsi, 740 Nm) və daxili yanma mühərriki ilə səkkiz pilləli preselektiv"robot"un arasında quraşdırılmış elektrik mühərriki (167 at qüvvəsi, 315 Nm) daxildir. Sistemin ümumi gücü 830 at qüvvəsinə bərabərdir.
Ferrari Atelier bölməsi xüsusi nəşr üçün bəzi təkmilləşdimələri hazırlayıb. Ən əsas yenilik - üçqatlı Rosso F1 qırmızı metallik rənginə boyanmış kuzov və aö Bianco King rəngidə haşiyələrdir. Haqqı ilə qazanılmış və qürurlu "1" rəqəmi avtomobilin ön tərəfində yerləşir.
Ağ detallar interyerdə də mövcuddur. Bundan əlavə, idman kreslolarının başlıqlarındakı Hunqarorinq trekinin xəritəsi və Macarıstan bayraqları da diqqəti cəlb edir. Əlbəttə ki, məhdud tirajın adı yazılan karbondan hazırlanmış xatirə lövhəsi də var.
Ferrari 296 GTB Assetto Fiorano Hungaroring modeli cəmi beş nüsxədə hazırlanıb və onlar artıq Macarıstanın paytaxtı Budapeştdə təqdim olunublar. Həmişə olduğu kimi, Ferrari eksklüziv superkarların qiymətini açıqlamır. Lakin bunun heç bir əhəmiyyəti yoxdur, çünki onların hamısı artıq satılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.