Bu gün Ferrari şirkətinin bütün saytlarında italyan markasının gələcək krossoverinə həsr edilmiş səhifə peyda olub. Bu səhifədə avtomobil haqqında heç bir məlumat olmasa da, şirkət “yeni və qeyri-adi Ferrari modelini qarşılmağı” təklif edir. Üstəlik. Ferrari Purosangue modelinin ilk rəsmi tizeri dərc olunub.
Bir ay bundan öncə İnternet şəbəkəsində peyda olmuş casus şəkilləri feyk deyillərmiş: tizerdəki avtomobil eyni görünüşə malikdir. Purosangue modeli ilk beşqapılı Ferrari seriya avtomobili olacaq və dördyerli GTC4Lusso (2020-ci ildə istehsaldan çıxarılıb) şutinq breykini əvəzləyəcəkdir. Purosangue modelini nominal olaraq krossover saymaq olar - faktiki olaraq, bu hündür hetçbekdir, çinki krossover Roma və Protofini M modellərinin modifikasiya edilmiş, lakin tənizmlənən klirensi olan platformasında inşa olunub.
Hələ 2018-ci ildə krossoverin hibrid güc qurğusu ilə təchiz olunacağı bildirilmişdi. Çox güman ki, hibrid qurğu V8 mühərrikinə əsaslanacaqdır. Hazırda italyan markansını model çeşidində V12 mühərriki ilə təchiz edilən yeganə model var - Ferrari Daytona SP3. Adı çəkilən kuöe 599 nüsxəlik tirajla buraxılacaqdır. Krossoverin debütü isə yaxındır, ən azından onun istehsalına bu il başlanacaqdır. İlk krossoverlər sifarişçilərə 2023-cü ildə çatdırılacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.