Britaniyanın Amalgam Collection şirkəti Ferrari Purosangue krossoverinin 1:8 miqyasında olan kolleksiya modelini hazırlayıb. Miqyaslı model 199 nüsxəlik tirajla buraxılıb - bu, italyan brendinin superkrossoverinin yüksək dəqiqlikdə olan surətidir. Belə bir oyuncağın başlanğıc qiyməti 11,5 min funt-sterlinq (25,5 min manat) təşkil edir.

Əsl Purosangue krossoverindən səkkiz dəfə daha kiçik olan modeli yaradarkən, Ferrari şirkətinin orijinal çertyojlarından istifadə olunub. Odur ki, miqyaslı model kuzov boyasının koduna qədər orijinal krossoveri təkrarlayır. Onun yaradılmasına 125 gün və ya 3000 saat sərf edilib. Hər bir nüsxənin hazırlanmasına isə 300 saat (12,5 gün) gərəkdir. Qeyd etmək gərəkdir ki, bu zaman, hazır avtomobillərin keyfiyyətinin və orijinala uyğunluğunu yoxlanması üçün mühəndislər və dizaynerlər tərəfindən sərf olunan vaxt nəzərə alınmır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nəticədə, 62 santimetrlik miqyaslı modeli tam ölçülü avtomobildən ayırmaq çətindir: salon dəqiq şəkildə hazırlanıb, qapılar işləkdir, hətta fərdiləşdirmə təmin edilir - əyləc supportlarının rəngini və təkər disklərinin dizaynını seçmək mümkündür. Amma belə bir model daha baha - 14,5 min funt-sterlinqə (32,2 min manat) başa gələcəkdir.

Ferrari keçən əsrin 90-cı illərinin sonlarından Amalgam ilə əməkdaşlıq edir və 2005-ci ildən başlayaraq  ingilislər italyan superkarlarının kiçildimiş nüsxələrini istehsal etməyə başlayıblar. 2023-cü ildən etibarən isə, rəsmi Ferrari dilerlərinin müştərilərinin seçdikləri avtomobilin 1:18 və ya 1:12 miqyasında dəqiq surətini sifariş etmək imkanı peyda olub.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.