Ferrari markasının krossover buraxacağı artıq kimsə üçün sirr deyildir. Doğrudur, italyanlar yeni modeli krossover adlandırmaqdan imtina etsələr də bu modelin mahiyyətini dəyişmir. Bu günlərdə cəsuslara, Purosangue adlandırılmış modelin ilk prototipini Maranellodakı zavodun ərazisində çəkmək nəsib olub. GTC4Lusso modelinin kuzovuna malik olan qatırın yüksək klirensi, prototipin Purosangue modelinin aqreqatları ilə təchiz edildiyindən xəbər verir.
Ferrari Purosangue (italyancadan tərcümədə “safqanlı” deməkdir) yeni Front and Mid-Engine Architecture platformasında inşa ediləcək və 2022-ci ildə işıq üzü görəcəkdir. Krossover ənənəvi V12 və V8 biturbo mühərrikələrinin əvəzinə yeni V6 mühərrikinin bazasında yaradılmış hybrid güc qurğusu ilə təchiz ediləcəkdir.
Kamilyeri 2022-ci ilə qədər buraxılacaq avtomobillərin əksər hissəsinin bu aqreqatla təklif olunacağını da qeyd edib. Oxlar arasında çəkinin ideal şəkildə bölünməsini təmin etmək üçün daxili yanacaq mühərriki öndə, ötürmələr qutusu və hybrid sistem isə arxada yerləşdiriləcəkdir.
Ferrari Purosangue tam çəkiş sisteminə, klirensi tənzimləmək imkanı yaradan innovasion asqıya, arxa sərnişinlər üçün məlumat-əyləncə sisteminə və avtomobilin əsas funksiyalarını idarəetmə sisteminin yenilənmiş variantına sahib olacaqdır.