Bu günlərdə Instagram sosial şəbəkəsində Ferrari Purosangue modelinin qış testləri zamanı çəkilən qısa bir video və şəkillər dərc edilib. İtalyan markasının məşhur krossover seqmentinə daxil etməsinə yol açacaq model İsveçdəki yollardan birində çəkilib. Purosangue krossoverinin gələn il debüt edəcəyi və Lamborghini Urus, Bentley Bentayga və Aston Martin DBX ilə rəqabətə girişəcəyi gözlənilir.
Son videoda Purosangue (italyan dilindən tərcümədə - “təmiz qanlı” ), Volvo krossoverinin müşayiəti ilə qarla örtülmüş yola çıxır. Modelin xarici görünüşü hələ də sıx kamuflyaj altında gizlənir, lakin casuslar ilk dəfə krossoverin ön hissəsini çəkməyə müvəffəq olublar: əvvəllər obyektivlərə yalnız avtomobilin arxa hissəsi tuş gəlib. Üstəlik, istehsalçı modelə əlavə panellər taxaraq test “qatırını” tamamilə Maserati Levante modelinə bənzətməyə çalışıb.
Şəkildə damın və kapotun yuvarlaq forması görünür. Bundan başqa. kamuflyajın altında nazik formalı ön fənərlərin, şaquli lamelləri olan iri radiator barmaqlığının və yanlardakı böyük hava kanallarının gizləndiyi təxmin edilir. Purosangue modelinin arxa hissənin dizaynının istehsalı dayandırılmış GTC4Lusso şutinq-breykinin tərzində tərtib ediləcəkdir.